Ermənilər Kəlbəcəri yenə atəşə tutdu - QARANT RUS OLANDA BELƏ OLUR...


Son günlər Azərbaycan-Ermənistan sərhəddində vəziyyət xeyli gərginləşib. JAMAZ.İNFO xəbər verir ki, erməni tərəfi mütəmadi olaraq sərhəd ərazilərimizdə yerləşən mövqelərimizi atəşə tutaraq, yeni təxribatlar törədir.

Belə ki, Ermənistan silahlı qüvvələri son bir həftə ərazində Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundakı Ordumuzun mövqelərini atəşə tutub. Nnəticədə, düşmənin iki əsgəri ölüb, bir neçə nəfər isə yaralanıb. Həmin təxribatlar zamanı Azərbaycan Ordusunun bir zabiti, bir giziri yaralanıb. Bundan başqa, ərazidə yanğını söndürmək istəyən Naxçıvan FHN-in mayoru da yaralanıb.

Lakin görünən odur ki, düşmən təkcə, Naxçıvanla kifayətlənmək fikrində deyil. Ermənilər Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan istiqamətlərində də təxribatlarını reallaşdırmağa çalışırlar. JAMAZ.İNFO xəbər verir ki, dünən gecə saatlarında Ermənistan hərbçiləri Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizi atəşə tutub. Hərbi mənbələrdən aldığımız məlumata görə, hadisə dünən gecə saat 10-11 radələrində qeydə alınıb. Ermənilərin Zərkənd (Kut) istiqamətində yerləşən hərbi bölükləri Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub. Atışma zamanı ölən və yaralanan olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, erməni tərəfi məlumatı təsdiq edib. Təbii ki, öz maraqlarına uyğun şəkidlə məlumat yayıb. Zərkənd kəndinin icma rəhbəri Sima Çitçiyan iddia edib ki, guya, atəşi açan Azərbaycan tərəfi olub. Onun iddiasına görə, atışma kəndin yaxınlığında yerləşən mövqelər arasında baş verib. “Onlar kəndi atəşə tutmayıblar. Hazırda vəziyyət sabitdir. İtki yoxdur”.
Tarix: 20-07-2021, 13:44
Xəbəri paylaş





Xəbər lenti