Xankəndi-Şuşa yolunu niyə ermənilər asfaltlayır?..-FOTO

Xankəndi-Şuşa yolunu niyə ermənilər asfaltlayır?..-FOTO
Yoxsa  kimlərsə onlarda Şuşaya qayıdacaqlarına ümid yaradıb?..
 
Azərbaycan Respublikasının müvəqqəti olaraq Rusiya hərbi kontingentinin nəzarətində qalan ərazisində sülənən separatçı-terrorçu erməni rejimi tör-töküntülərinin rəhbərliyi Xankəndindən Şuşaya gedən avtomobil yolunu təmir etməyə və asfaltlamağa başlayıb. 
 
Moderator.az xəbər verir ki, bu haqda erməni nəşrləri terrorçu separatçı-rejimin qanunsuz “şəhərsalma nazirliyi”nə istinadla məlumat yayıb. Məlumatda Araik xuntasının büdcəsi hesabına maliyyələşən işlərin iyulun sonunadək yekunlaşdırılacağı bildirilir.
 
Görəsən, Xankəndi-Şuşa yolunu ermənilər niyə asfaltlayır? Yoxsa kimlərsə onlarda Şuşaya qayıdacaqlarına ümid yaradıb?
 
Xatırladaq ki, 10 Noyabr üçtərəfli razılaşmasına əsasən Xankəndi-Şuşa yolu da  Şuşanın girişinədək Rusiyanın sülhməramlı sayılan hərbi kontngentinin nəzarətində olduğundan ermənilər həmin ərazidə düz Şuşanın bir neçə kilometrliyindəki Milli Qəhrəman Albert Aqarunovun vurduğu erməni tankı abidəsinədək sərbəst gedib-gəlirlər...
 
Sultan Laçın 

Tarix: 21-07-2021, 23:07
Xəbəri paylaş





Xəbər lenti