Araik Kəlbəcərin kəndində 25 milyon dollarlıq SES tikdirməyə qərar verdi... - Bəs ordan RƏDD OLMAMIŞDILAR?


“Mardakert rayonunun Hetavan icmasının ərazisində 17,6 MVt gücündə "Hetavan-1" SES inşa ediləcək. 25 milyon dollarlıq layihə Artsax investisiya fondu vasitəsi ilə start götürəcək. Lakin digər investorların da iştirak etmək imkanı olacaq”.

Moderator.az xəbər verir ki, bu məlumatı avqustun 2-də keçirdiyi müşavirədə “enerji təhlükəsizliyi” ilə bağlı məsələlərin müzakirəsi zamanı Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasının müvəqqəti olaraq Rusiyanın rəsmən sülməramlı sayılan hərbi kontingentinin nəzarətində olan hissəsində tör-töküntüləri hələ də sülənən separatçı-terrorçu rejimin oyuncaq rəhbəri Araik Arutyunyan açıqlayıb.

Azərbaycan dövləti tərəfindən axtarışa verilmiş separatçı-terrorçu başçı bildirib ki, SES-lərin çoxu 44 günlük savaşdan sonra Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə qaldığından rejim “ərazisi”ni elektrik enerjisi ilə təmin edə biilmir, ona görə də sözügedən SES-i tikməlidirlər.
Məlumatı olmayanlara xatırladaq ki, Araikin verdiyi məlumatı Azərbaycan Respublikasının rəsmi inzibati-hüquqi dilinə çevirəndə belə alınır:

"...Separatçı erməni rejimi Kəlbəcər rayonunun Qozlukörpü kəndində 17,6 MVt gücündə "Hetavan-1" SES inşa edəcək”...
Tarix: 3-08-2021, 15:55
Xəbəri paylaş





Xəbər lenti