Fransalı deputat ermənilərin törətdiyi vəhşiliklərdən danışdı



"Həqiqətən, dağıdılmış kəndləri, hətta bütöv bir şəhərin xarabalığa çevrildiyini görmək çox təsirləndirici idi. Bunları görəndə belə bir sual yaranırdı: Axı bütün bunların səbəbi nədir?!"
Siam.az xəbər verir ki, bunu Fransa Milli Assambleyasının deputatı Karol Büro-Bonnar deyib.
"Evləri, məscidləri dağıtmaq, hətta mədəni irsi belə məhv etmək heç nə ilə əsaslandırıla bilməz. Sizin də bildiyiniz kimi, fransızlar da həmçinin öz mədəni irslərinə xüsusi diqqət yetirirlər. Böyük tarixi olan kilsələr bərpa olunur və hesab edirəm ki, bu məntiqəuyğun bir işdir. Bu, Azərbaycanda da belədir. Fransa və Azərbaycan arasında bu sahə üzrə əməkdaşlıq da mövcuddur. Bir sözlə, bütün bunların şahidi olmaq bizi çox təsirləndirdi".
Ermənistan tərəfinin bütün minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsini məsələsini da şərh edib: "Şəxsən mən bunu başa düşmürəm. Çünki burada insan həyatından söhbət gedir. Bu günə qədər xeyli insan məhz doğulduğu bu torpaqlara baş çəkmək istədiyi üçün həyatını itirib. İnsanlar həyatlarını itirmədən bu ərazilərə qayıda bilməlidirlər. Bir sözlə, mən Ermənistanın bu hərəkətini anlamıram. Hesab edirəm ki, bu xəritələrin Azərbaycana təhvil verilməsi həqiqətən zəruridir".
(Trend.az)
Tarix: 4-08-2021, 23:04
Xəbəri paylaş





Xəbər lenti