Xocavənddə faşist Njdenin abidəsi yerindədir - adını daşıyan küçə asfaltlanır...-FOTOLAR
Azərbaycan Respublikasının 10 Noyabr razılaşmasına əsasən Rusiyanın rəsmən “sülhməramlı” adlanan hərbi kontingentinin nəzarətində qalan Xocavənd şəhərində separatçı-terrorçu erməni rejimi tərəfindən asfaltlama işləri aparılır.
Moderator.az xəbər verir ki, bu haqda erməni müxbirlərə Xocalıdakı qanunsuz “rayon administrasiyası”nın “şəhərsalma və yerli özünüidarəetmə şöbəsi”nin müdiri Aleksandr Saqyan danışıb.
“Hazırda Qaregin Njde, K. Avanesyan, V. Xaçatryan küçələri asfaltlanır”- deyə A.Saqyan bildirib.
Xatırladaq ki, bu ilin fevral ayından bəri dəfələrlə Azərbaycan tərəfinin tələbi ilə Rusiya hərbi kontingentinin erməni faşist terrorçusu Qaregin Njdenin Xocavənddəki abidəsinin sökülməsi haqda informasiyalar yayıldı. Lakin sonradan məlum oldu ki, abidə hələ də yerində, elə Q.Njde küçəsində də qalır...
Sultan Laçın
Tarix: 12-08-2021, 22:27