Rusiya mediası: “Ermənilərin yeni postları Şuşaya gedən yolu təhlükə altına alır”


Rusiya mediası: “Ermənilərin yeni postları Şuşaya gedən yolu təhlükə altına alır”
Rusiyanın “Kommersant” qəzeti Azərbaycan Müdafiə Nazirliyinin sülhməramlılara çağırış edən sonuncu açıqlamasına toxunub.
 
Modern.az qəzetə istinadən xəbər verir ki, rəsmi Bakı Ermənistan ordusunun qalıqlarının üçtərəfli razılaşmanın bəndlərinə zidd olaraq hələ də Dağlıq Qarabağdan tam çıxarılmamasından narazıdır. Paralel olaraq, sülhməramlıların nəzarət etdiyi ərazidə – Muxtarkənd və Şuşakənddə Ermənistanın yeni döyüş postları yaratması haqlı narazılıq doğurub.
 
“Azərbaycan tərəfinin bu məsələyə diqqət yönəltməsinin səbəbi nəqliyyat xətləri, o cümlədən Şuşaya gedən kommunikasiyaları təhlükə altında alan ərazilərdə yeni dislokasiya nöqtələri yaratması ilə bağlıdır”-deyə qəzetə Bakıdan adı açıqlanmayan mənbə məlumat verib.
 
Hazırda məsələ ilə bağlı Bakı, Yerevan və Moskva arasında danışıqlar davam edir.

Tarix: 13-08-2021, 10:28
Xəbəri paylaş





Xəbər lenti