“2020-ci ilin noyabrından bəri Qarabağda 140 milyon dollarlıq iş görmüşük” - Paşinyan
Qəsbkar Ermənistan hökuməti 2020-ci ilin noyabr ayından bəri Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasının hələ də Rusiya hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu erməni rejiminin nəzarətində qalan hissəsində təxminən 70 milyard dram (təxminən 140 milyon dollar - red.) dəyərində proqramlar həyata keçirib.
Moderator.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin avqustun 18-də keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, bu proqramların icrası davam edir. "Biz bu istiqamətdə irəliləməyə davam edəcəyik" - deyə Paşinyan vurğulayıb.
Ermənistanın baş naziri izah edib ki, hökumətin ən vacib vəzifələrindən biri “Dağlıq Qarabağ probleminin tənzimlənməsi və idarə olunması”dır.
“Noyabrın 18-də təqdim olunmuş yol xəritəmizdə Dağlıq Qarabağla birbaşa əlaqəli iki məqam var idi: ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesinin tam bərpası və Dağlıq Qarabağda normal həyatın bərpası. İkinci məsələdə biz yetərincə fəal olduq" –deyə işğalçı Ermənistanın hökumət başçısı bildirib.