Xocalıda 50 metr uzunluğunda Rusiya bayrağı nümayiş etdirildi... -Moskvadan erməni gətirib...



Xocalıda 50 metr uzunluğunda Rusiya bayrağı nümayiş etdirildi... -Moskvadan erməni gətirib...
Azərbaycan torpaqlarındakı rəsmən sülhməramlı kontingentin tərkibindəki Rusiya hərbçiləri ilk dəfə olaraq Qarabağda Rusiya Federasiyasının Dövlət Bayrağı Gününün təntənəli qeyd olunmasında iştirak ediblər.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Rusiya hərbi kontingentinin baş qərargahının yerləşdiyi Xocalı hava limanı ərazisində keçirilən Tədbir Rusiya Federasiyasının Himninin sədaları altında Rusiya Dövlət Bayrağının qaldırılması ilə başlanıb. Uzunluğu 50 metr, eni 5 metr olan bayrağı, onun Moskvada hazırlanıb Qarabağa gətirilməsini təşkil etmiş “Biz birik” ümumrusiya forumunun rəhbəri, erməni mənşəli Armen Karenoviç Gülnazarov  təqdim edərək Rusiya hərbçilərini təbrik edib.
 
"22 Avqustda ölkəmizin Dövlət Bayrağı Gününü qeyd edirik. Bu bayram Vətəninə sadiq olan, öz ölkəsinin, xalqının tarixinə dəyər verən bütün insanları bir araya gətirmək və birləşdirmək üçün tanınır. Bu münasibətlə Qarabağa “Biz Birik" cəmiyyətinin könüllüləri ilə birlikdə Rusiya Federasiyasından Rusiyanın 50 metr uzunluğu, 5 metr eni olan bayrağı gətirilib ", -  deyə Rusiya sülhməramlı birləşməsinin komandan müavini, general -mayor Oleq Yeqorov şəxsi heyətə müraciətində söyləyib. 
Tarix: 23-08-2021, 11:12
Xəbəri paylaş





Xəbər lenti