“Azərbaycan sülhü pozmağa çalışır, sərhəddə qarşıdurma təkrarlana bilər” – Paşinyandan TƏHDİD


Azərbaycan hərbçilərinin Qafan-Gorus yolunu bağlaması Ermənistanı ciddi narahat edir. Artıq Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur vilayətinin şimalını və cənubunu birləşdirəcək alternativ yollarının inşasının sürətləndirilməsinin vacibliyini vurğulayıb.
HURRİYYET.az erməni mətbuatına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan baş verən proseslərdə həyasızcasına Azərbaycan tərəfini ittiham etməkdən də çəkinməyib. Paşinyana görə, Azərbaycan sülhü pozmağa çalışır, ona görə də, sərhəddəki insidentlər yenidən təkrarlana bilər.
Paşinyan Azərbaycan hərbçisinin yol kənarında xidmətdə olan erməni əsgərləri tərəfindən bıçaqlanmasına da münasibət bildirib. Təxmin edildiyi kimi Nikol bu məsələdə də günahı Azərbaycanın üzərinə atıb:
“Bizim yoxlamalarımız göstərdi ki, Ermənistanın bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Əgər Azərbaycan tərəfinin belə bir məlumatı varsa, o zaman Ermənistan, Rusiya və Azərbaycanın iştirakı ilə üçtərəfli araşdırmaya hazırıq” – Paşinyan vurğulayıb.
Paşinyan Sisiyandan Qafana gedən yolun tikintisini ilin sonuna qədər başa çatdırmağı tapşırıb.
Qeyd edək ki, avqustun 25-də Azərbaycan hərbçiləri Qafan-Gorus magistral yolunun Dərbənd-Şurnux ərazisindən keçən hissəsində yolu bağlayıb. Bu hadisə Ermənistanda əməlli-başlı təşviş və qorxu yaradıb.
Tarix: 27-08-2021, 13:39
Xəbəri paylaş





Xəbər lenti