Azərbaycan polisi Qafan-Gorus yolunda post qurdu - FOTO




Qafan-Gorus yolunun Azərbaycan ərazisindən keçən hissəsində Azərbaycan polis postu qurulub.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı-jurnalist Elçin Aloğlu paylaşıb.


Qeyd edək ki, bir neçə gün öncə də erməni sosial şəbəkə istifadəçiləri Qafan-Gorus yolunda Azərbaycan polisinin post qurduğunu və maşınları yoxladığını bildirmişdi. Azərbaycan ərazisindən keçən xüsusilə yük maşınlarının yoxlanıldığı, İrandan hərbi təyinatlı məhsulların daşınıb-daşınmamasının nəzarət altına alındığı da qeyd olunmuşdu.
Tarix: 10-09-2021, 23:26
Xəbəri paylaş





Xəbər lenti