Ermənilər Ağdərəni tərk edirlər, növbə Xocavənddədir - Jurnalist Səxavət Məmməd
“
Qanunsuz erməni silahlı dəstələrinin mövqelərdən çıxarılmasına start verilib”. Ovqat.com-un məlumatına görə, iddianı jurnalist
Səxavət Məmməd irəli sürüb.
Jurnalist iddia edir ki, proses Ağdərə istiqamətində artıq başlayıb: “
Belə ki, erməni mövqelərinin 10-da 1-i qalır. Boşaldılan erməni mövqeləri Rusiya sülhməramlıları tərəfindən partladılır, Azərbaycan tərəfi isə partladılmış mövqeləri buldozerlərlə doldurur. Ermənilərin çıxdığı mövqelərdən, xüsusilə mübahisəli məntəqələrdə Rusiya sülhməramlıları yerləşir”. Jurnalistin fikrincə, proses davam edəcək və mərhələli şəkildə
Xocavənd, Şuşa və digər istiqamətlərdə də, bu iş aparılacaq.
“
Düşünürəm ki, bu proses yekunlaşandan sonra əraziyə polis daxil ola biləcək. Ağdamla bağlı narahatlıq Fərrux dağı idi. Artıq Fərruxda ermənilər posta çıxmır. Fərrux kəndini isə boşaldıb, gediblər”, - jurnalist özünün Facebook statusunda yazır.
Tarix: 26-09-2021, 18:17