Paşinyan israr etdi: erməni işğalı zamanı "Şuşa bədbəxt və tutqun idi"
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında müxalifətçi deputatın replikasına cavab verərək, Litvada erməni diasporu ilə görüşdə səsləndirdiyi Şuşa haqda fikrini bir daha təkrarladı. News.am agentliyi yazır ki, erməni müxalifətçilərinin etirazlarına cavab olaraq Paşinyan təkidlə dedi: “Erməni işğalı zamanı Şuşa bədbəxt və tutqun bir şəhər idi"."Nə qədər sərmayə qoyulmuşdu? Gəlin hesablayaq, Şuşaya nə qədər sərmayə qoyulub, Baden-Badenə nə qədər sərmayə qoyulub (Ermənistanın baş naziri Baden-Baden şəhərində Qarabağ klanının liderlərinin, xüsusən də keçmiş prezident Serj Sarqsyan və onun qohumlarının korrupsiya kapitalını nəzərdə tutur. Erməni mətbuatı dəfələrlə bu haqda yazıb – virtualaz.org). Gəlin bu rəqəmləri müqayisə edək yoxsa etməyək? Bu suallarla nə demək istəyirsiniz? Yoxsa sizə elə gəlir ki, Şuşada yalnız siz olmusunuz? Mən orada yox idim, başqa insanlar da yox idi və heç kəs bilmirdi orada vəziyyətin necə idi? Elə bil biz paralel reallıqlarda yaşayırıq. Dediklərim doğrudu”, - Paşinyan qəzəblə dedi.
Tarix: 6-10-2021, 22:53