Ermənistan Zəngəzur dəhlizi danışıqlarından imtina edir - XİN başçısı açıqladı



Xarici işlər naziri ilə baş nazirin bir-biri ilə uyğun gəlməyən bəyanatlarının səbəbləri...

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrana işgüzar səfəri çərçivəsində bu ölkənin yerli İRNA xəbər agentliyinə müsahibəsində Azərbaycanın ünvanına təhqir və böhtanlar yağdırmaqda davam edib.
İşğal olunmuş torpaqların azad olunması istiqamətində aparılan əməliyyatları “təcavüz” adlandıran erməni nazir Azərbaycanın bölgədə sabitliyə və təhlükəsizliyə təsir göstərməkdə davam etdiyini iddia edib.
Sərsəmləməsini davam etdirən nazir daha sonra üçüncü ölkələrin davranışlarını ittiham edib. Son hadisələrdə Rusiyanın roluna da qiymət verən nazir iddia edib ki, Ermənistan və Rusiya müttəfiq münasibətləri, qarşılıqlı dəstək və öhdəliklər ilə bağlıdır.
Yeri gəlmişkən, infrastrukturdan danışarkən, qeyd olunmalıdır ki, istər sənəddə, istərsə də infrastrukturun açılması kontekstində Ermənistan ərazisindən heç bir dəhlizin təmin edilməsinə dair heç bir söz olmayıb və ola da bilməz". Erməni politoloq Beniamin Poqosyan isə deyib ki, İran üçün bir qırmızı xətt var:  “O da Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizidir. Son günlər İrandan göndərilən ”mesaj"lar da buna işarədir. Azərbaycanla Türkiyə Ermənistanı güc yolu ilə Zəngəzur dəhlizini açmağa məcbur etməyə çalışsa, İran ordusunu cəlb edərək buna cavab verə bilər. Amma Ermənistan özü dəhlizin açılmasına razılıq verərsə, İranın bu prosesin qarşısını almaq imkanları, demək olar ki, sıfıra enəcək", - Poqosyan bildirib.
Beləliklə, aşkar görünür ki, həm Ermənistanın, həm İranın əsas qarın ağrısı Zəngəzur dəhlizidir. Lakin bir faktı da mütləq qeyd etmək lazımdır -  Zəngəzur üzərindən hava dəhlizi 6 oktyabrda açıldı. Artıq Azərbaycan təyyarələri Zəngəzur üzərindən uçaraq, Naxçıvana ən qısa yolla gedə bilirlər. Bu, pərdəarxası proseslərin və anlaşmaların açıq verilən bəyanatlardan daha effektiv getdiyinin göstəricisi sayıla bilər?


Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın xarici işlər nazirinin İrana səfəri çərçivəsində verdiyi açıqlamalar ilk növbədə İrana xoş gəlmək üçün deyilib. Çünki İran Azərbaycana qarşı destriktiv siyasət aparır və sərhədimizdə hərbi təlimlər keçirir: “İrəvan Azərbaycan-İran münasibətlərindəki gərginlikdən maksimum yararlanmağa çalışır. Nazirin tez-tələsik Tehrana səfərə getməsi və oradan Azərbaycana qarşı sərt bəyanatlar verməsi də bununla əlaqədardır. Tehrana xoş gəlsin deyə, Mirzoyan oradan Azərbaycana qarşı sərt danışıb. Təbii  ki, erməni nazirin dediklərinin əksinə olaraq baş nazir Nikol Paşinyan son günlər daha yumşaq açıqlamalar verməkdədir. Ermənistan hakimiyyəti Paşinyanın timsalında hazırda çalışır ki, kommunikasiyalar açılsın və Ermənistan blokadadan çıxsın. Amma İranı narazı salmamaq və konyukturaya uyğun davranmaq üçün də addımlar atırlar. Xarici işlər naziri ilə baş nazirin bir-biri ilə uyğun gəlməyən bəyanatlarının səbəblərindən biri bu amildir. Xarici işlər nazirinin İranda ortaya qoyduğu mövqe ilə Paşinyanın son günlər mövqeyində fərqliliklərin müşahidə olunması prosesin pərdəarxası məqamlarının olduğuna işarə sayıla bilər. Biz daha çox baş nazirin mövqeyinin ciddi əhəmiyyət daşıdığını unutmamalıyıq. Nikolun son günlərdəki bəyanatları, Ermənistanın hava məkanının Azərbaycan üçün açılması pərdəarxası proseslərin və anlaşmaların hansısa nazirin açıq verilən bəyanatlarından daha effektiv getdiyinin göstəricisi sayıla bilər”.
Politoloq qeyd etdi ki, şübhəsiz, indiki reallıqda Ararat Mirzoyanın Tehrandakı bəyanatları Azərbaycan-Ermənistan münasibətləri baxımından İrəvanın da maraqlarına uyğun deyil. Lakin İrəvanın əlacı yoxdur, məcburdur ki, İrana xoş gələn nələrsə ifadə etsin: “Ümumiyyətlə, Zəngəzur dəhlizi ilə bağlı İranın mövqeyi absurddur. İranın mövqeyindən asılı olmayaraq, Ermənistan məcbur qalıb dəhlizin açılmasına gedəcək. Çünki Rusiyanın mövqeyini gözardı etmək mümkün deyil. Ermənistan buna özü razılıq verəcək. İranın xarici işlər nazirinin  Moskvaya səfəri və ona verilən cavablar artıq Tehranın geri çəkilməsinə səbəb olmaqdadır. İran geri çəkilirsə, Ermənistanın geriyə addım atmaması təbii ki, mümkün deyil. İran Rusiyadan razılıq alıb, Zəngəzura ordu yeritməyi planlayırdı ki, Türkiyənin qarşısını alsın. Rusiya buna icazə vermədi. Ümumiyyətlə, İranın son davranışları əslində Ermənistanın perspektiv planda əleyhinə çevrilib. Nikol Paşinyan da bunu yaxşı bilir və düşünürəm ki, İranın bu siyasətinə dəstək verməyəcək”.

Tarix: 8-10-2021, 10:33
Xəbəri paylaş





Xəbər lenti