Araik Ağdamın Sırxavənd kəndinə təzə erməni “mer” “seçdir”di...


Araik Ağdamın Sırxavənd kəndinə təzə erməni “mer” “seçdir”di...
Azərbaycan Respublikasının Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin qalan torpaqlarındakı Ermənistana bağlı separatçı-terrorçu rejimin faktiki nəzarətində olan Qarabağ torpaqlarında növbəti qanunsuz “seçki” keçirilib.
 
Moderator.az xəbər verir ki, “Armenpres”in yaydığı məlumata görə, oktyabrən 10-da  Ağdam rayonunun  “Nor-Qazançi” adlandırılmış  Sırxavənd, Xocalı rayonunun Xaçmaç,  “Tsaxkşat” adlandırılmış Qışlaq və  Xocavənd rayonunun “Herher” adlandırılmış Qarqar kəndlərində “yerli orqanlar”a “seçki”lər keçirilib. 
 
Guya “seçici”lərin 59,2 faizinin iştirak etdiyi  qondarma “seçki”lərdə adı çəkilən kəndlərə təzə “mer” seçilib.

Tarix: 12-10-2021, 08:52
Xəbəri paylaş





Xəbər lenti