“Ukraynanın xilası üçün 70 gün bəs edər” — Mixeil Saakaşvili

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Kiyevdə Ali Radanın qarşısında yaratdığı çadır şəhərciyində olub. “Ukraynanın xilası üçün 70 gün bəs edər” — Mixeil Saakaşvili “Ölkə.Az” xəbər verir ki, M.Saakaşvili ona dəstək olanları birliyə çağırıb. O, birlikdə güclü olduqlarını deyib.

M.Saakaşvili çıxışı zamanı Ukrayna dövlətini və xalqını xilas edəcəyini vurğulayıb. Onun sözlərinə görə, yeni hazırladığı plana əsasən “70 gün ərzində Ukraynanın xilası” gerçəkləşəcək.

“Ölkəni hətta 5 gün ərzində tam dəyişmək mümkündür. Qanunların işləməsi üçün bir neçə etap gərəkdir. Yeni planıma əsasən Ukrayna dəyişiləcək. Ukraynanın xilası üçün 70 gün bəs edər”, - deyə M.Saakaşvili bildirib.


Qeyd edək ki, bir neçə gündür, Kiyevdə Ali Radanın qarşısında mitinq keçirilir. Mitinq iştirakçıları deputat toxunulmazlığının ləğvini, seçki qanunvericiliyinin dəyişdirilməsini və anti-korrupsiya məhkəməsinin yaradılmasını tələb edirlər.
Onu da bildirək ki, 2 gün əvvəl Ali Rada etirazçıların bir neçə tələbini icra etməyə başlayıb. Belə ki, Rada deputat toxunulmazlığının ləğvi haqqında qanunu baxılması üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Parlament həmçinin seçki qanunvericiliyini nəzərdən keçirməyə başlayıb. Lakin Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında qanun layihəsi Radanın gündəliyinə daxil edilməyib.

Xatırladaq ki, Gürcüstanda bir sıra cinayətlərdə ittiham olunan M. Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb və Odessa vilayətinin qubernatoru təyin edilib. 2016-cı ilin noyabrında isə qubernator postundan istefa verib və hakimiyyəti tənqid etməyə başlayıb. Ukrayna prezidenti Petr Poroşenko bu il iyulun 26-da, M. Saakaşvili ABŞ-da olarkən onu Ukrayna vətəndaşlığından məhrum edib. Ancaq M. Saakaşvili sentyabrın 10-da tərəfdarları ilə birlikdə Polşa sərhədindən Ukraynaya keçməyi bacarıb. Bu zaman Ukrayna təhlükəsizlik qüvvələrinin 22 əməkdaşı xəsarət alıb. Lvov polisi sərhədin qanunsuz keçmək və polisə müqavimət ittihamları il’ 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan cinayət işi açılıb.

Ancaq Ukrayna baş prokuroru Yuriy Lutsenko M. Saakaşvilinin sərhədi keçməklə bağlı həbs edilməyəcəyini bildirib. Eyni zamanda baş prokuror deyib ki, M. Saakaşvili ilə bağlı Ukraynada hüquqi məsələlər tənzimlənənə qədər sabiq Odessa qubernatoru Gürcüstana da deportasiya edilməyəcək.

Siam.az
Tarix: 21-10-2017, 22:55
Xəbəri paylaş





Xəbər lenti