Saakaşvili Ukrayna Milli Qvardiyası və Təhlükəsizlik Xidmətiniləğv etməyə çağırıb

Saakaşvili Ukrayna Milli Qvardiyası və Təhlükəsizlik Xidmətiniləğv etməyə çağırıb Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bu gün Kiyevdə Ali Rada binasının yaxınlığında keçirilən aksiyada Ukrayna Milli Qvardiyasını və Ukrayna Təhlükəsizlik Xidmətini ləğv etməyə çağırıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, M. Saakaşvili deyib ki, Milli Qvardiya hakimiyyətin maraqlarına xidmət etdiyi üçün ləğv edilməlidir.


M.Saakaşvili Milli Qvardiyaya ordu ilə müqayisədə 2,5 dəfə çox vəsait ayrılmasına diqqət çəkib və bunun yolverilməz olduğunu vurğulayıb. Sabiq qubernator Ukrayna Təhlükəsizlik Xidmətinin ləğv edilərək effektiv xarici kəşfiyyat xidməti yaradılmalı olduğunu bildirib. Ukrayna prezidenti Petra Poroşenkonu tərəfdarlarına qarşı repressiyada ittiham edən M. Saakaşvili parlament qarşısında aksiyaları davam etdirməyə çağırıb.

Ali Radanın binası qarşısındakı aksiyada 500 nəfər iştirak edir, aksiyada təhlükəsizliyin qorunmasına minə qədər polis cəlb edilib.

Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu “Yeni Qüvvələr Hərəkatı” və digər müxalif partiyaların tərəfdarları oktyabrın 18-dən Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir. Aksiya təşkilatçıları və iştirakçıları parlamentdən deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər.

Siam.az
Tarix: 22-10-2017, 21:38
Xəbəri paylaş





Xəbər lenti