Niderland hökumətində yaşı 60-dan yuxarı nazir yoxdur
Niderlanddan tez-tez yazmaqla hədəfim heç də bu ölkəni tərifləmək deyil. Məqsəd ölkəmizin vətəndaşlarını məlumatlandırmaq, dünyanın qabaqcıl təcrübəsini yaymaq və bu yolla az da olsa, insanlarımızın maariflənməsinə nail olmaqdır.
Bu gün Niderland parlamentinin 8 aylıq müzakirələrdən sonra təşkilinə nail olduğu yeni hökümət kabineti fəaliyyətə başlayır. Kabinet 8 ay öncə bir-birinə müxalif olan 4 siyasi partiyadan təşkil edilib. Bu o deməkdir ki, bir kabinetdə bir-birinə nəzarət edən dörd mərkəz olacaq. Mən hələ parlamentdə müxalifətdə oturan digər siyasi partiyaları demirəm.
Belə bir şəraitdə dövlət büdcəsinin hətta bir qəpiyini (senti) belə təyinatdan kənar istifadə etmək olarmı? Niderland iqtisadiyyatı inkişafdadır, hər il işsizliyin faizi aşağı düşür, adam baçına düşən gəlir və minimum əmək haqqları artır. Ölkəni gənclər idarə edir.
Ən əsası isə bu gün fəaliyyətə başlayan Niderlandın hökümət kabinetində 60 yaşdan yuxarı nazir yoxdur.
Ümidliyəm ki, Azərbaycan insanı bu 10 cümləlik mətnlə tanışlıqdan sonra düşdüyü situasiyadan çıxışla bağlı fikirləşəcək.
Məlumat üçün deyim ki, bu yöndə ən yaxşı resept 28 oktyabr Ümumxalq Aksiyasında iştirakdır.
Tarix: 27-10-2017, 00:12