Yasamalın icra başçısı postuna daha bir iddia - Belə deyirlər...

Yasamalın icra başçısı postuna daha bir iddia - Belə deyirlər... Paytaxtın ən prestijli rayonlarından sayılan Yasamal rayonu 4 aya yaxındır ki, icra başçısız qalıb. Bu isə rayona sahiblənmək istəyən məmurların mübarizəsini daha da pik nöqtəyə çatdırıb. Mətbuatda bir neçə namizədin adı çəkilib, müxtəlif versiyalar səsləndirilib. Amma hələlik heç bir təyinatın şahidi deyilik.

Yasamal rayonu Bakının sürətli söküntü və tikinti aparılan rayonlarından biri olduğu üçün yeni başçısının kimliyi ilə yanaşı, iş qabiliyyəti, bacarığı da əsas faktorlardandır. Üstəlik təyinatın bu qədər gecikməsi ciddi nələrinsə olacağından xəbər verir. Xatırlayırıqsa, bu rayonun sabiq icra başçısı İbrahim Mehdiyev açıqlamasında bildirmişdi ki, onunla bağlı prezidentə səhv məlumat veriblər. Açıqlama fonunda 4 aya yaxındır rayonun başçısız qalması hansısa araşdırmanın aparılmasına işarədir.


Lakin Bizimxeber.az-a daxil olan məlumata görə, Yasamalın icra başçısı olmaq üçün səy göstərənlərdən biri də Qaradağın hazırkı başçısı Süleyman Mikayilov imiş. Mənbə bildirir ki, S.Mikayılov illərdir Qaradağdan uzaqlaşmaq istəyir. İbrahim Mehdiyevin Yasamaldan çıxarılması isə Mikayılovu bir qədər də həvəsləndirib. Müəyyən dairələrə Yasamalın icra başçısı olmaq arzusununu eşitdirən Mikayılov sərt cavabla qarşılaşıb. Mənbə bildirir ki, Qaradağı nəzarətsiz və baxımsız qoyan S.Mikayılov bu cavabdan sonra narahat olmağa başlayıb. Yasamala başçı getmək əvəzinə hazırkı rayona nəzarəti gücləndirməyi ona tövsiyə ediblər.

Ümumiyyətlə, Qaradağ rayonu son illər bir az da icra başçısının diqqətindən kənarda qalıb. Bunu son vaxtlar baş verən hadisələr bir daha təsdiqləyir. İcra başçısı bütovlükdə rayona nəzarət etməli, sakinlərinin hansı işlə məşgul olduğunu öyrənməli, diqqətli olmalı, bir dəqiqə belə nəzarəti əldən verməməlidir. Çünki, rayon bütövlükdə ona həvalə olunub, ona etimad göstərilib.

Lakin, növbəti dəfə terrora cəhd etmək istəyən qrupun Qaradağ rayonunda cəmləşməsi (DTX əməkdaşları son olaraq 4 nəfəri zərərsizləşdirdi), qanunsuz dini ədəbiyyat satanların yenə də məhz bu rayonda fəaliyyəti (Bu yaxınlarda bir qrup dini ədəbiyyat satanlar yaxalandı), asayişin pozulmasının (bıçaqlanma, müxtəlif zəmində qətllər) faiz etibarilə daha çox bu rayonun payına düşməsi və sairə kimi faktlar. Bu bir daha göstərir ki, S.Mikayılovun icra başçısı olaraq rayona nəzarəti yetərli deyil.

Ümumiyyətlə, belə görünür ki, Qaradağ icra başçısının nəzarətində deyil. İcra başçısı bütovlükdə rayona nəzarət etməli, sakinlərinin hansı işlə məşgul olduğunu öyrənməli, diqqətli olmalı və bir dəqiqə belə nəzarəti əldən verməməlidir.
Tarix: 28-10-2017, 10:54
Xəbəri paylaş





Xəbər lenti