“Rusiya ilə bağlı yeridilən siyasət tezliklə öz bəhrəsini verəcək” – PROQNOZ

Qabil Hüseynli: “Sanksiyalar Rusiyanı daha da zəiflədəcək” “Rusiya ilə bağlı yeridilən siyasət tezliklə öz bəhrəsini verəcək” – PROQNOZ ABŞ və Qərbin Rusiyaya qarşı davam edən sanksiya siyasətinin yaxın vaxtlarda bir qədər də genişlənəcəyi gözlənilir.
Artıq xeyli müddətdir ki, davam edən sanksiya siyasətinin daha da sərtləşməsi Kremli hansısa mərhələdə geri çəkilməyə vadar edə bilərmi? Rusiyanın öz nəhəng daxili resursları hesabına bu sanksiyalara sonsuza kimi davam gətirməsi nə dərəcədə inandırıcı görünür?
Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli proseslərin Rusiya üçün yaxşı heç nə vəd etmədiyini söylədi:
“Rusiyanın bu sanksiyalar qarşısında geri çəkilməməsi Putinin ambisiyaları ilə bağlıdır. Sanksiyaların Rusiya üçün çox böyük təsiri var. Böyük şirkətlər Rusiyanı tərk edib. Rusiyaya investisiya axını demək olar ki, yox səviyyəsindədir. Rusiyanın bütün ehtiyat fondları öz vəsaitlərini tükədib. Tətbiq ediləcək yeni sanksiyalar Rusiyanın daha da zəifləməsinə səbəb olacaq. Rusiya ilə bağlı yeridilən siyasət tezliklə öz bəhrəsini verəcək”.

Seymur Əliyev
Tarix: 30-10-2017, 23:42
Xəbəri paylaş





Xəbər lenti