Beyləqan şefi və SOCAR prezidenti Daşburunu ayağa qaldırır - yenə aksiya

Beyləqan şefi və SOCAR prezidenti Daşburunu ayağa qaldırır - yenə aksiya Beyləqanda hələ oktyabrın 24-də aksiya keçirilmişdi

Palitika.Az yada salır ki, axşam 11 radələrində Bakı-Horadiz dəmir yolu Beyləqan rayon 1-ci Şaxsevən (Daşburun qəsəbəsi) kənd sakinləri tərəfindən qapadılmışdı.

Bakı-Horadiz qatarı məcburən təxminən 30 dəqiqə Daşburun stansiyasında dayanmaq məcburiyyətində qalmışdı.


Kənd sakinlərinin tələbləri; 15 000 əhalisi olan 1-ci Şahsevən (Daşburun qəsəbəsi) kəndində yanar qazın bu günə qədər nəyə görə olmaması və tez bir vaxda 15 000 əhalisi olan 1-ci Şahsevən (Daşburun qəsəbəsi)k əndinə yanar qazın çəkilməsini rayon rəhbərliyindən tələb ediblər.

Amma bu aksiyanın rezonanası, səs-küyü ört-basdır edildi. Beyləqan icra hakimi Vaqif Abdullayev və SOCAR prezidenti Rövnəq Abdullayevin həll etməli olduğu problem belə də qaldı.

Ancaq rəsmilər fikirləşmədilər ki, dəmir yolunu bağlayıb qatarın yarım saat vaxtını gecikdirən əhali təzədən etiraza qalxa bilər. Məmurlar isə seçkiqabağı Daşburun camaatının şikayətini qulaqardı etdilər.

Prezident vətəndaşların sosial problemlərinin həllinə yönəlik tapşırıqlar verir, sərəncamlar imzalayır.Yerli məmurlar buna zidd gedərək insanları incidirlər.

Görün vəziyyət hansı həddə çatıb ki, Daşburun camaatı qatar yolunu bağlamalı olublar. Onlar qışda evlərində donduğu vaxt Beyləqanın icra başçısı V.Abdullayev, SOCAR rəhbəri R.Abdullayev, “Azəriqaz” direktoru Əkbər Hacıyev kombi olan otaqlarından çıxmırlar.

Palitika.Az xəbər verir ki, sakinlər təzədən etiraz aksiyasına hazırlaşırlar. Onlar dəmir yolu ilə bərabər RİH-nin binası qarşısında toplaşmağı planlaşdırır.

Sakinlərin etirazına əhəmiyyət verilmədiyi üçün son ana qədər haqlarını tələb edəcəklərini bildiriblər.

Bir qəsəbənin 15 min nəfərini qazsız qoymaq və Avropanı qazla təmin etmək dəhşətli faktdır. Axı bu insanlar öz sərvətlərindən istifadə etməlidirlər?!

Onlar deputatlarından da narazıdırlar. Millət vəkili Şahin İsmayılovun əhali ilə maraqlanmadığını deyən sakinlərin sözlərinə görə, Beyləqan Allahın ümidinə qalıb.

İcra başçısının qətiyyən vecinə olmayan rayon onun gözündə satış məntəqəsidir. Beyləqanın əraziləri qarış-qarış satılır. Bu da ciddi şəkildə narazılıq yaradır.

Amma indi əsas gərginlik Daşburunda hökm sürür. Etiraza hazırlaşan camaat qaz tələb edir. Bu problemin həlli rayon rəhbərliyi və SOCAR-ın səlahiyyətindədir.

Hər halda seçkiqabağı hansısa icra başçısı istəməz ki, rayonunda aksiya keçirilsin. Bu, həm də onun sonu olar.
Tarix: 1-11-2017, 09:59
Xəbəri paylaş





Xəbər lenti