Prezidentlərin növbəti Zirvə görüşünün tarixi məlum oludu

Prezidentlərin növbəti Zirvə görüşünün tarixi məlum oludu Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli Zirvə görüşünün tarixi məlum olub.

“Report” TASS-a istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani mətbuat konfransında dövlət başçılarının növbəti görüşünün 2018-ci ildə Rusiyada keçiriləcəyini bildirib.

"Vladimir Putin Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli Zirvə görüşünün Rusiyada keçirilməsini təklif etdi və biz də bununla razılaşdıq. Beləliklə, dövlət başçılarının növbəti görüşü 2018-ci ildə Rusiyada baş tutacaq", - o deyib.
Tarix: 1-11-2017, 21:36
Xəbəri paylaş





Xəbər lenti