Aleksandr Konovalov: “Rusiya Bakı-Tbilisi-Qars layihəsinə qoşula bilər”

Aleksandr Konovalov: “Rusiya Bakı-Tbilisi-Qars layihəsinə qoşula bilər” Rusiyalı politoloq, Strateji Qiymətləndirmə İnstitutunun rəhbəri Aleksandr Konovalov hesab edir ki, Rusiya yeni nəqliyyat xətlərində, o cümlədən BTQ-də iştirakda maraqlıdır. Bu barədə institut rəhbəri virtualaz.org-un əməkdaşı ilə eksklüziv söhbətində bildirib.

“Şübhəsiz ki, hər hansı siyasi motivlər rəhbər tutulmasa, Rusiya bu marşrutdan yararlanacaq. Moskva Cənubi Qafqazda münasibətlər balansını saxlamağa can atır və bu regionda lokal siyasi münaqişələrdən yan keçərək iqtisadi əməkdaşlıq yatarmağa çalışır. Əgər Kremldə əmin olsalar ki, burada siyasi öhdəliklər götürməyə ehtiyac yoxdur, BTQ ilə Rusiyaya aid yüklər nəql oluna bilər”, - A.Konovalov güman edir.

Qeyd edək ki, oktyabrın 30-da Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin rəsmi açılış mərasimi keçirilib.
Tarix: 2-11-2017, 08:17
Xəbəri paylaş





Xəbər lenti