AZƏRBAYCANDA səhvə görə açıqlamanı belə çox görənlər...
Böyük Britaniyanın müdafiə naziri Maykl Fallon istefa verib.“Cümhuriyət” qəzeti xarici mediaya istinadən xəbər verir ki, nazir keçmişdəki davranışı ilə bağlı iddialar səbəbindən bu addımı atıb.Maykl Fallon qeyd edib ki, keçmişdəki davranışı Böyük Britaniyanın Müdafiə Nazirliyinin standartlarına uyğun olmayıb. O həmçinin, əlavə edib ki, baş nazir və parlamentin indi bu məsələyə ciddi yanaşması düzgün addımdır. Qeyd edək ki, sabiq nazirin 15 il öncə bir jurnalist qadının dizinə toxunması ilə bağlı yenidən gündəmə gələn iddialar nəticəsində istefa verdiyi bildirilir.Qəribə və əxlaqlıFallondan xeyli əvvəl Hollandiyanın müdafiə naziri Janin Hennis Malid də bizə qəribə gələ biləcək bir səbəbə görə tutduğu postundan imtina etmişdi. O, xidmət göstərən iki əsgərin qəza nəticəsində həlak olmasından sonra siyasi məsuliyyət daşıdığını bildirərək, istefa verib. Portuqaliyanın daxili işlər naziri Konstansa Urbanonun istefası da öz qəribəliyə ilə seçilirdi.Qadın nazirin istefaya getməsinə səbəb, vaxtında söndürülə bilməyən meşə yanğınları olmuşdu. Yanğınlar səbəbilə 100-dən artıq insan dünyasını dəyişmişdi: “Düşünürəm ki, artıq bu işə davam edə bilmərəm, çünki ortada ciddi mənfi nəticə var. Yaponiyanın maliyyə naziri Akira Amari və İslandiyanın baş naziri Devid Gunnlaugsson isə barələrində irəli sürülən və təsdiq olunmayan korrupsiya ittihamlarına görə istefa veriblər. Hətta Qvatemala prezidenti Otto Peres Molina da belə bir ittihamla üzləşdiyi üçün könüllü şəkildə vəzifəsindən imtina etdi.Halbuki, istintaq bu barədə heç bir fakt tapa bilmədi.
Azərbaycandakı vəziyyətDünyanın ayrı-ayrı dövlətlərində bizə qəribə görünən istefalar və buna səbəb olan məsələlərin sayı kifayət qədər çoxdur. Nəzərə alsaq ki, bizim ölkəmizdə - Azərbaycanda hökumətin yaşlı baş nazirindən gənc bələdiyyə sədrinədək əksəriyyəti bu və ya digər formada bir sıra ittihamlar qarşısında öz kreslolarından dörd əllə yapışıb qopmaq istəmirlər, əlbəttə, bu səbəblər bizə qəribə görünməlidir. Azərbaycanda ilk və son belə hadisə 1993-cü ildə baş verib. Həmin vaxt Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərhum lideri, prezident Əbülfəz Elçibəy hakimiyyət davasının vətəndaş müharibəsinə səbəb olacağını əsas götürərək, paytaxtı tərk edib.
İndi isə rəhbərlik etdiyi sahə üzrə irəli sürülən ittihamlar bəzi məmurları silkələsəydi, yəqin ki, indi bu vəzifələri başqaları icra edirdi.Halbuki, barələrində ittihamlar kifayət qədər çox səslənir.Lakin onlar bu tənqidlərdən dərs alacaq qədər formalaşmayıblar.
Xəstələr xarici ölkələrdə ölürlərsə...Məsələn, ən adi normada yağan yağışda su altında qalan Bakının meri barədə bu günədək olmazın ittihamlar səslənib.Təhsil sahəsi də belədir.Azərbaycan təhsili yetişdirdiyi ziyalılarla yox, daha çox problemlərlə özündən söz etdirir.Dərsliklərlə bağlı qalmaqalda nazirdən adi açıqlama belə ala bilmədilər.Səhiyyə sektorunda da fərqli bir şey yoxdur.Elə ABŞ Dövlət Departamentinin yaydığı son bəyanata baxmaq lazımdır.Departament Azərbaycanda yaşayan amerikalılara səslənərək bildirdi ki, səhhətlərini qorumaq üçün Azərbaycan xəstəxanalarına müraciət etməsinlər.Əgər nazir müalicə almaq üçün Almaniyaya, baş nazirin müavini sağalmaq üçün İsrailə gedirsə, səhiyyəsi inkişaf etdiyi iddia olunan ölkənin energetika naziri xarici ölkə xəstəxanasında vəfat edirsə, əlbəttə, çatışmazlıqlar bizim gördüyümüzdən də böyükdür.
Mənsur
Cebhe.info
Tarix: 4-11-2017, 23:14