"Bunlar tuladırlar, əsas vəzifələri isə..."
Rusiyada başda “Reqnum” agentliyi və Modest Kolerov olmaqla nə ki, ermənipərəst sayt və politoloq var düşüblər üstümə, cümə günü facebook profilimdə yazdığım statusu “dəyərləndirməyə” və mənə cavab yazmağa çalışırlar. Yazırlar ki, Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağla bağlı şərtlərini hardan öyrənə bilər ki? Sizə nə var qaynağım kimdir, bəlkə elə sizinkilər ağızlarını qapalı saxlaya bilmirlər? Bunlar bildirirlər ki, Rusiya Ermənistana arxa çevirən deyil. Lazım olsa elə çevirər ki. Əslində Rusiyada ermənpərəstlər qorxurlar ki, birdən həqiqətən Kreml Ermənistanı satar.Bunlar tuladırlar. Əsas vəzifələri ermənilərə xidmət əsasında Moskvanın Ermənstana dəstəyindən vaz keçməməsini təmin etməkdir. Ancaq onlar Putinin Ermənistanı satmayacağına və ya satış qiymətini müəyyənləşdirmədiyinə bu qədər əmindirlərsə prezidentlərindən bunu da soruşsunlar: Necə oldu ki, Putin Rusiya-Azərbaycan-İran dəmiryoluna yaşıl işıq yandırmaqla müttəfiqi Ermənistanın təcridini daha da gücləndirdi?
Cavabını biz bilirik, çünki Putin haqlı olaraq iqtisadi səmərdən çıxış etdi və Azərbaycandan keçən marşrutu seçdi. Rusiyadakı ermənipərəst qüvvələr bunu anlasalar da, qəbul edə bilmirlər.
Elxan Şahinoğlu, politoloq
Tarix: 5-11-2017, 23:01