Prezidentin proqnozları ilə məşhur olan “qara qutusu” təhlükə xəbərdarlığı etdi: “B planı hazırlayın”
Rusiya lideri Vladimir Putinin "qara qutusu" adlandırılan professor Aleksandr Duqin yeni təhlükə barədə xəbərdarlıq edib.
Cebhe.info xəbər verir ki, professor ABŞ-ın Türkiyəyə yeni sanksiyalar tətbiq edəcəyini söyləyərək "Buna hazır olun. B planınızı hazırlayın",- deyə bildirib.Türkiyədə 15 iyul çevrilişə cəhddən bir gün əvvəl orduda hərəkətlilik olması barədə xəbərdarlıq edən Aleksandr Duqin bu dəfə yeni proqnozlarını açıqlayıb. Professor ABŞ-ın Türkiyəyə qarşı mövqeyinin sərtləşəcəyini iddia edib.
"Putinin Ərdoğanla bağlı mövqeyini dəyidirən siz olmusunuz?" sualına cavabında Duqin "Bəli, köməyim oldu, çünki müharibə astanasında idik. Amma prezidentimiz asan razı salınacaq biri deyil. Putin rassional və realistdir. Əgər hansısa məsələdə dəlillər varsa, dəyərləndirir",-deyib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyədə çevriliş ssenarisinə 2 milyard dollar xərclədiyini iddia edən professor növbəti çevriliş cəhdi ehtimalının olmadığını deyib: "Putinin Ərdoğana qarşı mövqe tutmasına nail olmağa çalışdılar. Ərdoğandan başqa bir liderin daha yaxşı olacağına, daxili müharibə başlayacağına və Rusiyanın bu müharibədən öz mənafeyi üçün istifadə edə biləcəyinə inandırmaq istədilər.
CİA Putinin ətrafındakı təsiri olan adamları təşkilatlandırdı. Ancaq Putin razılaşmadı. Çünki bu, Türkiyənin sonu demək idi. Əvvəl də qeyd etmişdim ki, kürdlər çevrilişdən sonra üçün üsyana hazırlaşırdılar".
Azərbaycanlı iş adamı, hazırda Amerikada həbsdə olan Rza Zərrabla bağlı da fikirlərini bildirən Duqin "Bütün iqtisadi əlaqələrdən istifadə edəcəklər. Daim təzyiq altında olacaqsınız. İranla Rusiyaya sanksiyalar tətbiq olunur. Türkiyəyə də tətbiq olunacağına əminəm. İqtisadiyyatınızı qurtarmaq üçün B planı hazırlayın".
Xəzər
Tarix: 6-11-2017, 15:00