2018 xəritəsi: Bəzi nazirlər gedir, maaş-pensiya artır, qiymətlər düşür, dustaqlar buraxılır...

2018 xəritəsi: Bəzi nazirlər gedir, maaş-pensiya artır, qiymətlər düşür, dustaqlar buraxılır... İlin sonuna yaxın parlamentdə gedən müzakirələr, prezidentin verdiyi qərarlar 2018-ci ilə ümidlə baxmağa sövq edir

Palitika.Az-ın məlumatına görə, dövlət başçısının kərə yağının ucuzlaşması ilə əlaqədar verdiyi tapşırıq, yəni idxal rüsumunun 3 dəfə azaldılması, deputatların əmək haqlarının və pensiyaların artırılması təklifləri cəmiyyətdə inam oyadıb.


Həmçinin, cəzaların yüngülləşdirilməsi barədə fərmanlar, dustaqların azadlığa buraxılacağı ümidi, bazarlarda qiymətlərin enəcəyi və s. hallar ölkədə gərginliyi azalda bilər.

2018-ci il həm seçki ilidir, həm də hakimiyyətin yeni idarəçilik modelini sürətləndirmək dönəmidir.

Prezident İlham Əliyev komandada müəyyən dəyişikliklərə gedəcək, islahatlar daha da sürətlənəcək, sosial-iqtisadi layihələr artırılacaq.

Artıq manatın da bahalaşması müəyyən ümidlər doğurur. Bazarlarda qiymətlərin tənzilənməsi gözlənilir. Ət, yağ və s. məhsullar ucuzlaşmalıdır.

Deputatlar da çağırışlar edirlər.

Millət vəkili Musa Quliyev Milli Məclisdə 2018-ci ilin büdcəsinin müzakirəsi zamanı bir sıra sosial problemlərə diqqət çəkib.

O, ilk olaraq büdcədə növbəti ildə əməkhaqqının artırlması ilə bağlı nə qədər vəsaitin ayrılmasına aydınlıq gətirməsini istəyib.

Deputat bildirib ki, bu gün ayrı-ayrı qurumlar deyil, bütövlükdə dövlət və digər qurumlarda çalışanlar üçün vahid əməkhaqqı sistemi formalaşdırılmalıdır və bu qanuna əsasən maaaşlar artırılmalıdır.

Bununla bağlı olaraq millət vəkili əməkhaqqı sisteminin tənzimlənməsini təklif edib. O bildirib ki, çalışan şəxslərin maaşları ildə yaşayış minimumuna uyğun şəkildə formalaşdırılmalıdır:

“Əgər maaşlar buna uyğun şəkildə tənzimlənərsə. O zaman hər hansı problem ortaya çıxmaz. Yəni maaşlar hər il ölkədəki infilyasiyaya uyğun formalaşacaq”.

Palitika.Az-ın məlumatına görə, ölkənin ixrac potensialının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.

Bu fəaliyyət prezidentin nəzarətindədir və göstərişləri əsasında həyata keçirilir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qabiliyyətlərinin artırılması sürətlə gedir.

Yüksək məhsuldarlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prosesində intensiv metodların geniş tətbiqində istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiyanın formalaşmasında önəmli rolu olan aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılıb.

Son illərdə Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı müşavirələrin keçirilməsi təsadüfi deyil.

Bu müşavirələrin xüsusən kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafına həsr olunması artıq canlanmaya gətirib çıxarıb.

Prezident 2018-dən sonra operativ, modern sistem quran, xalqı qane edən, şikayətlərin az gəldiyi, hakimiyyətə sadiq olan, bürokratiya, korrupsiya, özbaşınalıq hallarına yol verməyən nazirlərlə işləmək strategiyası qurub. Eyni zamanda icra hakimiyyətlərində, komitələrdə, ASC-lərdə dəyişikliklər labüddür.

Dövlət başçısı ASAN Xidmət modelinin inkişaf etdirilməsi, süni əngəllər yaradan qurumların ləğvi, vətəndaşları incidən, sahibkarlığın inkişafına mane olan idarələrin ləğvinə qərar verəcəyi gözlənilir.

Qarşıdakı prezident seçkisi ilində daha çevik komanda ilə işləmək və islahatları tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasəti davam edəcək.

Prezident İlham Əliyevin Prezident Administrasiyası strukturunda dəyişiklik etməsi ölkə mediasının gündəminə çevrilib.

Struktur islahatlarına məhz Prezident Administrasiyasından (PA) başlanılmasının əlbəttə ki, xüsusi səbəbi var.

Əvvəla, bu, idarəetmənin “ürəyi” hesab olunan Prezident Administrasiyasında struktur və kadr ixtisarları aparmadan digər administrativ qurumlarda islahatların effektli olmayacağına verilmiş mesajdır.

Son aylar həm nazirliklərdə, həm birinci vitse-prezident aparatının formalaşmasında gənc kadr təyinatlarına üstünlük verilməsi bu tendensiyanın davamlı olacağını deməyə əsas var.
Tarix: 8-11-2017, 21:59
Xəbəri paylaş





Xəbər lenti