Rusiya ermənilərin ağlını başına gətirsə... - deputat

Rusiya ermənilərin ağlını başına gətirsə... - deputat Azərbaycanın Ermənistanın da yer aldığı Avrasiya İttifaqına qucaq açması qeyri-mümkündür.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov deyib. Deputat Azərbaycanın Avrasiya İttifaqına qoşulması ilə bağlı səslənən fikirlərin qeyri-rəsmi xarakter daşıdığını qeyd edib:

“Bu məsələ hələ Rusiya tərəfindən rəsmi səviyyədə gündəmə gətirilməyib. Üstəlik, Azərbaycan birmənalı olaraq öz mövqeyini ifadə edib. Avrasiya İqtisadi Birliyinə qarşı hər hansı allergiyamız yoxdur, sadəcə, marağımız da olmayıb. Azərbaycan hansı maraqlar əsasında ittifaqa daxil olmalıdır? Bu birlik iqtisadi cəhətdən ölkəmizə səmərə vəd etmir. Digər tərəfdən, Azərbaycanın Ermənistanın da yer aldığı Avrasiya İttifaqına qucaq açması qeyri-mümkündür”.

Millət vəkili bildirib ki, ancaq siyasi zərurət yaranarsa, yəni ittifaqa daxil olan ölkələr, o cümlədən Rusiya ermənilərin ağlını başına gətirərsə və Ermənistan maneəsi aradan qaldırılarsa, Bakı bu məsələyə müsbət yanaşa bilər.
Tarix: 9-11-2017, 09:55
Xəbəri paylaş





Xəbər lenti