Putin Sarkisyanla bu ay iki dəfə görüşəcək
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin hamısının başçıları noyabrın 30-da Minskdə keçiriləcək sammitə qatılacaqlarını təsdiqləyiblər. Azvision.az bildirir ki, bunu Belarusun ABŞ-dakı müvəqqəti işlər üzrə müvəkkili Pavel Şidlovskiy deyib.O, qeyd edib ki, KTMT Avrasiya məkanında ən effektiv təşkilatlardan biridir.
“Bütün ölkələr həmrəylik göstərərək vahid ölkə kimi hərəkət edir”, - deyə Şidlovskiy KTMT-nın yaradılmasının 15 illiyi ilə bağlı Rusiyanın Vaşinqtondakı səfirliyində keçirilən tədbirdə çıxış edərkən bildirib.
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan 15-16 noyabr tarixlərində də Moskvada səfərdə olacaq.
Tarix: 9-11-2017, 13:01