“Lalə xanımın ətrafında 1-2 nəfər var ki, onun adından siyasi alver etmək istəyir”
“Onun partiyasında Əvəz Temirxandan başqa ikinci bir adamı yoxdur”.Bunu Versus.Az-a keçmiş siyasi liderlərlə bağlı ictimai-siyasi kluarlarda yaranan müəmmalarla bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.
MMP sədri qeyd edib ki, artıq oturuşmuş dövlət var və hansısa cılız addımlarla ona təzyiq etməyin mənası yoxdur:
“Lalə Şövkət nə vaxtdan lider olub, mən birinci bunu anlaya bilmirəm. Onun partiyasında Əvəz Temirxandan başqa ikinci bir adamı yoxdur. 5 il yat, lazım olan anlarda xalqına dəstək vermə, ağzını açıb bir söz demə, sonra da “lider” deyib ortaya çıxar. Xalq görür ki, Lalə Şövkət, yaxud onun kimi siyasətçilər yoxdur və birdən-birə ortaya çıxanda, təbi ki, “xeyir ola” sualını verəcəklər. Bu bir növ “ölüləri diriltmək” kimi bir şeydir”.
H.Hacıyevin fikrincə, belə məsələlərin arxasında Azərbaycanda siyasi proseslərin mənfi məcraya yönəldilməsi gizlənir:
“Qarşıdan prezident, parlament seçkiləri gəlir. Müəyyən qüvvələr var ki, xarici Azərbaycan dövlətçiliyinin üzərinə qaldırmaq istəyirlər. Daxildəki qüvvələr isə gündəmi dəyişmək üçün çabalar edirlər. Bütün bunlar mənasızdır. Azərbaycan xalqı ağı-qaradan seçməyi bacarır. Liderin kim oldğunu, xalqın qayğısına kimin qaldığını bilir. Belə şeylərə ikrah hissi ilə baxıram”.
Nilufər
Tarix: 14-11-2017, 16:01