Yuri Barmin
“Al-Jazeera” (Qətər)
Riyadda baş verən hadisələr Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salmanın (MBS) padşah taxtına oturacağının göstəricidirsə, qarşıdakı illər üçün çılpaq bir mənzərəyə hazır olmalıyıq.
Onilliklər boyu ətalətdə olmuş Səudiyyə hakimiyyətinin silkələnməsi və Riyadda Səəd Həririnin məcburi istefası, – bütün bunlar MBS-nin öz mövqeyini yerli və beynəlxalq səviyyədə möhkəmlətməsi məqsədi daşıyır.
Bəzi şərhçilər onu "Yaxın Şərqin Vladimir Putini" adlandırıb və bu zaman MBS-nin krallığın enerji balansını dəyişdirməsinə və "oliqarxlar"ın sui-qəsdinə qarşı cəsarətli hərəkətlərinə istinad ediblər.
Son aylar Rusiya-Səudiyyə yaxınlaşması bəlkə də ona görə mümkün olub ki, Rusiya prezidenti Vladimir Putin və MBS “eyni dildə” danışırdılar. Hər ikisi də yerli və beynəlxalq problemləri həll etmək üçün güc istifadəsinə üstünlük verir, dünyaya ağ-qara rənglərdə baxırlar.
MBS səlahiyyətləri atası kral Salmandan aldığına görə 2015-ci ilin əvvəlindən etibarən Səudiyyənin xarici siyasəti, Rusiya tərzində, hücum xarakteri alıb. Yəmən müharibəsi, Qətərin blokadası və nəhayət, Səudiyyə Ərəbistanının Livan hadisələrində iddia edilən rolu, sanki Putinin “kitabı”ndan götürülüb.
Rusiya prezidenti Suriyadakı hərbi kampaniyası və keçmiş sovet respublikalarında hibrid iştirakı ilə real siyasəti dəb halına gətirib. Güc balansının getdikcə daha çox dəyişdiyi bölgədə Səudiyyə Ərəbistanı xəbərdarlıq və provaktivlik nümayiş etdirmənin zəruriliyini görür, buna görə Putinin revizionist siyasəti Riyad rəhbərliyində güclü rezonansa səbəb olur.
Putin və MBS-nin xarici siyasətə oxşar yanaşması olsa da, onların müxtəlif başlanğıc nöqtələri var.
Birincinin rəhbərliyi evdə heç bir ciddi rəqibə dözmür, Putin uzunmüddətli “halva və zopa” strategiyasını tətbiq edir. Məhəmməd bin Salman üçün əsas məsələ ən qısa müddətdə ölkədə gücünü sümükləşdirmə zərurətindən irəli gəlir.
Rusiya və Səudiyyə siyasəti bunda oxşardır ki, hər ikisində rəhbərlik kultu milli şüurda böyük rol oynayır. Ölkədə və qlobal səviyyədə güc proqnozu liderin qəbulunu və legitimliyini müəyyən edən amildir. Putin ictimaiyyət arasında dəqiq imicini yaratmaq üçün illərdir çalışır (onun təqdir reytinqi illərdir 80 faizdən yuxarı nöqtədədir), iddialı xarici siyasəti hamını Rusiyanın rəyilə hesablaşmağa məcbur edir. Buna görə də, MBS-nin bənzər bir pillə qurması onilliklər boyu davam edəcək.
Şübhə yoxdur ki, həm Putin, həm də MBS – güc sisteminin məhsullarıdır.
Putin 1990-cı illərdə Rusiyanın hakimiyyət pillələrini bir-bir qalxıb; 2000-ci illərdə nəzarəti tam ələ almaqdan ötrü işgüzar biznes oliqarxiyasına qarşı çıxıb və uğur qazanıb. Eyni şəkildə, MBS kral rolunda konsensus sistemindən faydalanır; atası kral Salman Səudiyyə taxtının səbirlə öz varisinə keçməsini gözləyir.
Ailənin köklü aparatına yiyələnmə prosesi (yəqin ki, xatırlayırsınız, Rusiyanın oliqarxik sistemi də bir zamanda "Ailə" adlanırdı) Səudiyyə tacdar şahzadəsi üçün yenicə başlayır, ancaq biz bunun artıq Rusiyada nəyə gətirdiyini görə bilirik, – zəfər uğrunda bir neçə il mübarizə aparıldı. Oliqarxlar siyasi sistemdən çıx-daş olundular, korrupsiya isə bütün həyat sahələrində daha da dərinləşdi.
Ancaq MBS Putinin strategiyasını rəhbər olaraq istifadə edirsə, bu səhvdir. Güc hakimiyyətində nüfuzlu ailə üzvlərini zorla məhv edərək, gənc şahzadə Səudiyyə Ərəbistanında balansı və padşahlığı onilliklər boyu sabit saxlamağa imkan verən konsensuslu qayda sistemini sökür. MBS əslində, Putinin “kitabı”nda olan, qeyri-müqavilə gücünə əsaslanan idarəetmə sistemi qurmalıdır. Amma Rusiya prezidentindən fərqli olaraq, Səudiyyə vəliəhd-şahzadəsi krallıqda sabitliyin qorunmasına kömək edən tarazlığı pozur.
Monarxa qarşı qətiyyətsiz, sədaqətli elita sinfini yaratmaq əvəzinə, MBS padşahlıqda güc birləşməsinin hüququ üzvlərini özündən uzaqlaşdırır. İbn Səudun digər övladlarına uyğun gəlməyən baxışlara malik şahzadə yeni status-kvo üçün əlverişsiz və böyük bir royalti sinfi yaradır.
Lakin elitaların içərisində dərinləşən müxalifət MBS və Putin arasındakı əsas fərqi göstərir. Rusiya prezidenti daxili güc dinamikasından yaxşı baş çıxarır və onları asanlıqla idarə edir. O, "Ailə”nin filiallarını bir-birinə qarşı qoyaraq, yeni siyasi sistem yaradıb və onların arasında hakim kimi çıxış edir.
Bu güc strukturunda ayrı-ayrı siyasi klanların hamısı liderlə yaxınlığa can atır, Putinə sədaqət və onun lütfü üçün rəqabət aparır. Beləliklə, güc oyunçuları bir-birilə yarışa diqqət yetirir və ali pillə uğrunda çarpışmırlar. Çünki bu güc piramidası parçalansa, hər kəsin, o cümlədən müxaliflərin üstünə çökəcək.
MBS onların üzərində hakimiyyətini davam etdirmək üçün bütün Səud Ailəsi ilə çarpışır, digər şəriklərini zəiflətməklə, çox fərqli bir sistem qurmağa çalışır. Bununla bərabər, bu oyun eyni səviyyədə sabitliyə zəmanət vermir və bəlkə də rejimin uzunömürlülüyünə ziyandır.
Tərcümə: Strateq.az
Tarix: 15-11-2017, 20:23