AB Qarabağa müdaxilə edərsə, Rusiya... - Proxanov
Rusiyanın Dağlıq Qarabağdakı konfliktə xüsusi marağı var. Biz xatırlayırıq ki, bu konflikt nəticəsində SSRİ dağılmağa başlayıb. SSRİ mərkəzi hökuməti bu konflikti lokallaşdırmağı bacarmadı və burada böyük qırmızı ansamblın dağılma reaksiyası start götürdü.Axar.az xəbər verir ki, bunu Den TV-yə müsahibəsində rusiyalı yazıçı, ideoloq Aleksandr Proxanov söyləyib.
“Ermənistan və Azərbaycan dövlətlərinin formalaşmasına dərin simpatiya və hörmət bəsləyən Rusiya özü üçün həddən artıq həssas olan bölgədə sülh və rifahın hökm sürməsində maraqlıdır. Bu sülhün pozulması, hərbi fəaliyyətlərin aktivləşdirilməsi Rusiyanı yaralayır və onu Bakı ilə İrəvan arasındakı kəskin münasibətlərə müdaxilə etməyə məcbur edir. Rusiya elitasını erməni siyasətçilərlə Avropa Birliyi arasında aparılan danışıqlar narahat edir. Bu danışıqlar AB ilə Ermənistan arasında genişmiqyaslı əməkdaşlıq haqqında razılaşmanı nəzərdə tutur. AB-nin Rusiya-Avropa münasibətlərində əsas münaqişə qüvvələrindən biri olması Rusiyanı narahat etməyə bilməz. Məhz AB-nin Urkaynanı özünə siyasi, iqtisadi və mədəni cəhətdən bağlamaq istəməsi Donbasdak dəhşətli böhranlara səbəb oldu. Biz unuda bilmərik ki, uzun zaman ərzində AB Belarusa böyük təzyiqlər edib. Biz həmçinin AB-nin arxasında NATO-nun kölgəsinin dayandığını görməzdən gələ bilmərik. AB kimi yeni oyunçunun gəlməsi ilə, bizim fikrimizcə, Qarabağda destabilizasiya yaradan faktor olacaq. AB və Rusiya qarşıdurma vəziyyətindədirlər. Ona görə də AB-nin Qarabağ konfliktində peyda olması Rusiyanın bu regionda mövqelərini zəiflədəcək”, – deyə o bildirib.
Tarix: 17-11-2017, 10:11