Siyavuş Novruzov: “Müsavat xalqın partiyasıdır”

Siyavuş Novruzov: “Müsavat xalqın partiyasıdır” “Müsavat xalqın partiyasıdır”.

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.


Deputat bildirib ki, bəzi qüvvələr buna maneçilik törətmək istəyirlər: “Bu, Azərbaycan xalqının tarixidir, Azərbaycana məxsusdur. Kimsə adını həmin dövrdə olan partiyanın adı ilə adlandırırsa, bu, o partiya deyil. Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyətində olan, Azərbaycan xalqının tarixinə aid olan partiyadır. Bugünkü Müsavatla o biri Müsavat tamamilə başqa-başqa şeylərdir. O vaxt bunlara bu partiyanı etibarnamə ilə veriblər ki, onu idarə etsinlər? Xeyr. Bu, Azərbaycan xalqının partiyasıdır və ona görə də qarışıqlıq salıb, ümumi işə xələl gətirməyin tərəfdarı deyiləm”.
Tarix: 17-11-2017, 14:06
Xəbəri paylaş





Xəbər lenti