“BİRCƏ BU MİLLƏTƏ DƏYMƏYİN…” – Vahid Əhmədov
“Düz 10 ildir ki, Rəqabət Məcəlləsini qəbul edə bilmirik. Çünki bazarda inhisarçılıq mövcuddur”.
“Report” xəbər verir ki, bunu Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Bakıda keçirilən tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov deyib.Onun sözlərinə görə, hazırda Azərbaycanda qadınlar kişilərdən daha çox hüquqa malikdir: “Hazırda qadınlar bizdən daha çox hüquqa malikdir. Mən həmişə demişəm ki, millətimiz işgüzardır. Bircə bu millətə dəyməyin, işləsinlər, vergilərini ödəsinlər. Sizi əmin edirəm ki, belə olsa, ölkədə qiymətlər indikindən 2 dəfə ucuz olar”.
Deputat deyib ki, dövlət büdcəsininin müzakirəsi üçün qeyri-hökumət təşkilatları da cəlb edilə bilər: “6-7 il öncə biz müxtəlif ictimai təşkilatları büdcə müzakirəsinə dəvət edirdik. İndi də elə olmalıdır. Budcəni daha geniş kütlə ilə müzakirə edək”.
Tarix: 17-11-2017, 14:13