Rusiyalı jurnalistlə azərbaycanlı diaspor rəhbəri arasında Dağlıq Qarabağ mübahisəsi

Rusiyalı jurnalistlə azərbaycanlı diaspor rəhbəri arasında Dağlıq Qarabağ mübahisəsi Maksim Şevçenko: “İsrail-Livan arasındakı münaqişə ilə Dağlıq Qarabağ münaqişəsi arasında paralel aparmaq doğru deyil”

Rövşən Tağıyev: “Avropa da gec-tez başa düşəcək ki, başqasının bəlası deyə bir şey olmur”

Belçika krallığının paytaxtı Brüsseldə Azərbaycan dövlətinin təşəbbüsü ilə keçirilən beynəlxalq forum gərgin müzakirələrə də səbəb olub.

Musavat.com xəbər verir ki, rusiyalı jurnalist, siyasətçi və televiziya aparıcısı Maksim Şevçenko forumda söz alaraq bölgədə baş verən konfliktlər barədə öz fikrini bildirib. Jurnalist bildirib ki, ümumiyyətlə, hansısa bölgədə baş verən bütün milli, etnik anlaşılmazlıqları, münaqişələri separatizm kimi təqdim etmək lazım deyil : “Bizim məqsədimiz münaqişələri daha da alovlandırmaq yox, insanların çəkdiyi iztirabları azaltmağa çalışmaqdır. Söhbət bu günə qədər mövcud olan konfliktlərdən gedir. İsrail-Livan arasındakı münaqişə ilə Dağlıq Qarabağ münaqişəsi arasında paralel aparmaq doğru deyil. Hər bir konflikt özünə qarşı dəqiq, cərrahi dəqiqlik tələb edir. Eyni zamanda bu konfliktlərdə həm pozitiv, həm də neqativ rol oynayan qüvvələr barədə ciddi analiz lazımdır”.

Rusiyalı jurnalistlə azərbaycanlı diaspor rəhbəri arasında Dağlıq Qarabağ mübahisəsi

Çıxışçı eyni zamanda Ukraynanın keçmiş prezidenti Viktor Yuşenkonun çıxışında münaqişə bölgələrində Rusiyanın suçu ilə bağlı dediyi fikirlərə etiraz edərək dedi ki, bununla razı deyil: “Ukrayna elitası öz aralarında hakimiyyəti bölə bilmədilər. Orada baş verənləri rəsmi Moskva etmədi. Bunu demək çox acıdır. Mən özüm moskvalı olsam da, Ukrayna mənim doğma vətənimdir. Amma birmənalı olaraq bu məsələdə məsuliyyəti Rusiyanın üzərinə qoymaq olmaz”.

Rusiyalı jurnalistlə azərbaycanlı diaspor rəhbəri arasında Dağlıq Qarabağ mübahisəsi

Rusiyalı jurnalistin çıxışına öz etirazını bildirmək üçün Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev söz alıb. Azərbaycanda beynəlmiləl bir ailədə böyüdüyünü deyən R.Tağıyevin sözlərinə görə, Azərbaycanda yaşayan qeyri-millətlərin nümayəndələri orda özlərini doğma evlərindəki kimi hiss edirlər: “Mən Şevçenkonun o fikri ilə razılaşmıram ki, Ukraynada baş verənlər vətəndaş müharibəsinin nəticəsi idi. Bu, birbaşa Rusiyanın Ukraynaya qarşı aqressiyasının nəticəsi idi. Mən çox təəssüf edirəm ki, beynəlxalq ictimaiyyət Azərbaycan, Moldova, Donbasda baş verən münaqişələrə adekvat reaksiya bildirmədi. Bu cəzasızlıq isə yeni cinayətlərin, separatizmin baş verməsinə səbəb oldu. Mən ümid edirəm ki, Avropa da gec-tez başa düşəcək ki, başqasının bəlası deyə bir şey olmur. Dünən Qarabağda baş verdi, bu gün Avropanın da qapılarını döyür. İspaniyada buna bənzər situasiya baş vermişdi. Ümumiyyətlə, konkret hansısa ölkəni bu münaqişədə ittiham etmək doğru deyil. Müxtəılif ölkələrin müvafiq qurumları, ictimai təşkilatlar bu bəlanın qarşısını almaq üçün öz cəhdlərini səfərbər etməlidir ki, insanlığa qarşı bu infeksiyaların qarşısını alsınlar. Dağlıq Qarabağ münaqişəsi kimi münaqişə daha böyük arenalarda həll olunmalıdır. Hesab edirəm ki, Dağlıq Qarabaq, Ukrayna və Gürcüstandakı konfliktlər sülh yolu ilə həll olunmalıdır”.


Tarix: 20-11-2017, 16:31
Xəbəri paylaş





Xəbər lenti