Kerem Alkin
Sabah (Türkiyə), 19.11.2017
Səudiyyə Ərəbistanında son coşğun hadisələrin, Ərəbistan yarımadasında artan gərginliyin, Səudiyyə Ərəbistanı-Qətər-İran üçbucağında bir neçə ay qabaq meydana çıxan və Birləşmiş Ərəb Əmirlikləri və xüsusən Əbu-Dabi əmirliyinin əsas rol oynadığı hərbi-siyasi gərginliyin arxasında duran dinamikalardan birinin Çinin irəli sürdüyü “qurşaq, yol” layihəsi olduğu məsələsini keçən həftə nəzərdən keçirmişik.Bundan savayı, bu, Asiya, Yaxın Şərq və Afrika arasında mal və xidmət dəhlizinin yaradılması layihəsidir, eyni zamanda Sakit okean bölgəsinin Çin, Tayvan, Güney Koreya, Yaponiya kimi ölkələrinin energetika tələbatının ödənilməsi istiqamətində dəniz dəhlizi üzrə ötürülməsinin alternativ marşrutunu nəzərdə turur. Bu ölkələr hər gün 12 milyon barrelədək neft idxal edir və təkcə Fars körfəzindən dənizlə gələn neft bu tələbatın 10,4 milyon barrelini təmin edir.
Bu durumda Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, BƏƏ, Bəhreyn və İranın cəlb olunduğu hərbi-siyasi gərginlik qaynar münaqişəyə çevrilsə, təkcə bölgənin sabitliyi üçün fəlakətə dönüşməyəcək, həm də Sakit okean bölgəsi ölkələrinin enerji resurslarısız qalacağını nəzərdə tutur. Nəzərə alınsa ki, ABŞ məhz bu məqamda şistli qaz əsasında çox böyük ixracata hazır olub, bölgənin müxtəlif ölkələrində səkkiz yeni STQ (sıxılmış təbii qaz) zavodu inşa etməyə başlayıb, Qətər böhranının birinci həftəsində isə Poşaya ilk STQ tədarükü həyata keçirilib, onda “Fars köfəzindəki gərginliyin” energetik ölçüsü haqda müəyyən təsəvvür əldə edə bilərik. Buna o faktı da əlavə edək ki, Rusiyanın “Qazprom”u və Qətər Yunanıstanda STQ obyektinin birgə alışı barədə danışıqlar aparır. Qeyd edək ki, İsrail üçün ən rasional qərar onun qazının Türkiyə üzərindən Avropaya ötürülməsidir.
Həmçinin Azərbaycandan Türkiyəyə, ardınca Yunanıstan, Albaniya və İtaliyaya gedəcək 16 milyard kubmetr təbii qazı da unutmaq lazım deyil. Prezident Ərdoğanın Rusiya, Küveyt və Qətərə çoxplanlı səfərləri, Fars körfəzi ölkələrinə yönələn birlik və vəhdət çağırışları göstərir ki, bölgə ölkələri məcbur edilən, sifarişli gərginliyə uysa və qızğın münaqişəyə üz tutsa, bu, bəzilərinə itkilər, digərlərinə mənfəət vəd edir. Energetika və təbii ehtiyatlar nazirimiz Berat Albayrağın və komandasının bu dövrdə Qara, Mərmərə və Aralıq dənizləri sahillərində, həmçinin Şimali Kipr sahillərində qaz kəşfiyyatı və hasilatı yönündə etdiyi həmlələr “pleymeyker” (komandanın yüksək nəticəli oyunçusu-tərc.) rolunda Türkiyənin gücünün çoxalacağını nəzərdə tutur.
Fars körfəzi energetika oyununu uduzsa, Çin və Avropa Amerika ixracatının girovu olacaq.
Tərcümə Strateq.az-ındır.
Tarix: 20-11-2017, 21:36