“Bəzi səfirliklər bağlansın” – Siyavuş Novruzov

             “Bəzi səfirliklər bağlansın” – Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası (YAP)ehtiyac olmayan ölkələrdə səfirliklərin ixtisara salınmasını təklif edib. APA-nın məlumatına görə, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə müzakirələri zamanı deyib ki, aidiyyəti qurumalar bəzən Azərbaycanın lazım olmayan yerində səfirliklərin fəaliyyətinə şərait yaradırlar, bəzən də lazım olan yerdə səfirlik olmur.

O qeyd edib ki, Şərqi Avropa, Baltikyanı ölkələrin hər birində səfirlik olduğu halda Avstraliyada yoxdur: “Biz buna yenidən baxmalıyıq. Ümumiyyətlə, buna nəzarət etməliyik. Lazım olmayan yerlərdə səfirlikləri ixtisar etməliyik ki, lazım olan yerlərdə normal fəaliyyəti bərpa olunsun”.
Tarix: 21-11-2017, 20:04
Xəbəri paylaş





Xəbər lenti