Deputatdan hökumətə həyəcanlı çağırış: “Azərbaycan dünyada “alçaqboylu ölkə” hesab olunur”
Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Qüdrət Həsənquliyev çox ciddi məsələlərə toxundu.
Öncə o, yeni doğulan uşaqlarla bağlı ayrılan vəsaitin artırılmasını təkif etdi. Daha sonra deputat bildirdi ki, Azərbaycan dünyada “alçaqboylu ölkə” hesab olunur: “Azərbaycan bu məsələdə 200 ölkə arasında qadınlara görə 113-cü, kişilərə görə 115-ci yerdədir. Qonşu Gürcüstan 49-cu, Türkiyə 79-cu yerdədir. Azərbaycanda rəsmi statistika budur ki, 6 faiz uşaqlar boy azlığı ilə doğulur. Azərbayacanın baş pediatrının açıqlamasına görə, ölkəmizdə 60 faiz uşaqlar ana südü ilə qidalanmır. Avropada son yüz ildə insanların boyunda 11 sm artım var. Avropada orta boy 179 sm, Azərbaycanda 172 sm-dir”.
Q.Həsənquliyev ölkədə qidalanma sahəsində də problemlərin olduğunu vurğuladı: “Azərbaycanda təkcə balıq 3 dəfə az istehlak olunur. Finlandiyada hər uşağa 100 avro, Almaniyada 192 avro pul verilir. Biz uşaq pullarını ləğv etdik. Ancaq uşaqlarımızın normal qidalanması üçün normal vəsait verməliyik. Bunlar çox ciddi rəqəmlərdir”.
Deputat daha sonra Səlim Müslümovun mənzil tikintisi ilə bağlı fikirlərindən təəccübləndiyini və təəssüfləndiyini bildirdi: “Əgər mənzil tikintisinə prezidentin göstərişindən sonra 5 dəfə az vəsait ayrılırsa, deməli, mənzil növbəsinə duranlar 2019-cu ildə yox, 10 il sonra evlə təmin olunacaq. Əsaslandırmısınız ki, bu işləri görmək olar, onda prezidentin göstərişini yerinə yetirin”.
E.PAŞASOY,
Musavat.com
Tarix: 23-11-2017, 14:18