"İRAN DEYİRDİ Kİ, İSRAİL DÖVLƏTİ QEYRİ-QANUNİ YARADILIB" - QARŞIDURMA

"İRAN DEYİRDİ Kİ, İSRAİL DÖVLƏTİ QEYRİ-QANUNİ YARADILIB" - QARŞIDURMA "İran-İsrail gərginliyi İranda İslam inqilabı baş verdikdən dərhal sonra yarandı”.

Bu barədə "Sherg.az”a İran və İsrail arasında gərginliyin tarixindən və yenidən gərginləşməsi səbəblərini izah edərkən politoloq Tofiq Abbasov bildirib.

O qeyd edib ki, şah dövründə İsrail və İranın yaxşı münasibətləri, əlaqələri var idi:


"Bu günə qədər də İran və İsrail arasında kəskin ixtilaflar hökm sürür. İran birmənalı şəkildə Fələstin torpaqlarının azad olunmasının, Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır. Hətta İran deyirdi ki, İsrail dövləti bu torpaqlarda qeyri-qanuni yaradılıb. İran birbaşa əlaqəsi olmasa da, Həmas təşkilatını dəstəkləyir. Son vaxtlar Həmas təşkilatı maliyyəsiz qaldığından İran onun təminatını öz üzərinə götürür.

İran İŞİD-in dağıdılması ilə bağlı fəallığını artırır. Çünki Suriya və İraqda böhran başladıqda birmənalı şəkildə həmin dövlətlərin saxlanmasının tərəfdarı kimi çıxış etdi. Bir cəbhədə İran Suriya rejimi, Hisbullah, Həmas təşkilatı, hətta Əfqanıstan könüllüləri İslam terrorizminə qarşı mübarizə aparıblar. Həmin mübarizə artıq sona yetmək üzrədir. Problemlər siyasi cəhətdən həllini tapmasa da, demək olar ki, İslam dövləti və onun müttəfiqləri dağıdılıb.

İran İsrail dövlətinin islam yaraqlılara dəstəyini qabartmır. İran İsrailin ikibaşlı oyun oynamasının şahidi olduğunu bildirir və göstərir ki bunlar islam dövlətlərinin zəifləməsinə, parçalanmasına qulluq edən addımlardır. Ona görə, Amerika İsrail və İraqın şimalındakı Kürdüstan nümayəndələri onlarla müttəfiq idilər.

İran istəyir ki, Suriyada İsrailin sərhədləri yaxınlığında mövqelərini bərkitsin, Aralıq dənizində post qurub, özünün orada mövcudluğunu təsdiq etsin. İsrail isə buna sərt cavab verəcəyini qeyd edir”.

Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu İrana sərt mesaj göndərib. Onun sözlərinə görə, İsrail öz sərhədləri yaxınlığında, o cümlədən, Suriya ərazisində İranın hərbi mövcudluğuna dözməyəcək.
Tarix: 24-11-2017, 20:24
Xəbəri paylaş





Xəbər lenti