Rəsmi Vaşinqtondan Ankaraya xəbərdarlıq:"İranla təmasınızı anlayırıq, ancaq unutmayın, NATO üzvüsüz..."

Rəsmi Vaşinqtondan Ankaraya xəbərdarlıq:"İranla təmasınızı anlayırıq, ancaq unutmayın, NATO üzvüsüz..." "ABŞ coğrafi cəhətdən yaxın ərazidə yerləşmə və mədəni əlaqələri nəzərə alaraq, Türkiyənin İranla qarşılıqlı fəaliyyətinin labüdlüyünü anlayır, lakin bu təmaslar NATO-nun bütün üzvlərinin maraqlarına uyğun olmalıdır".

“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Vaşinqtonda çıxışı zamanı ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.

“Biz dərk edirik ki, mədəni və coğrafi əlaqələrini nəzərə alaraq, Türkiyə İranla təmasda olmalıdır. Lakin Türkiyə unutmamalıdır ki, Ankara NATO üzvü olaraq, İranla təmaslarda Alyansın maraqlarını nəzərə almalıdır”, – deyə Reks Tillerson bildirib/APA.
Tarix: 29-11-2017, 08:26
Xəbəri paylaş





Xəbər lenti