Qalmaqallı səfir haqqında məxfi məlumatlar: Fotosu gizlədilir, tərcümeyi-halı açıqlanmır - SƏBƏB

Qalmaqallı səfir haqqında məxfi məlumatlar: Fotosu gizlədilir, tərcümeyi-halı açıqlanmır - SƏBƏB Rusiya Federasıyasının Azərbaycana təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri Georgi Zuyevin barəsində məlumatlar tam məxfi saxlanılır. Onun yalnız Rusiya Xarici İşlər Nazirliyinin kadrlar İdarəsinin direktor müavini işlədiyi bildirilir.

Cebhe.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin saytında isə Georgi Viktoroviç Zuyevin haqqındakı məlumat bazası çox azdır. Onun barəsində olan ümumi məlumat bundan ibarətdir: 26 dekabr 1958-ci ildə anadan olub. 2004-cü il avqustun 25-də G.Zuyevə 2-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir səlahiyyəti verilib. Hazırda qeyd edildiyi kimi, Rusiya XİN-nin Kadrlar İdarəsində işləyir.

Onun tərcümeyi-halı demək olar ki, açıqlanmır. Georgi Zuyevin fotoşəkillərini isə ümumiyyətlə, heç yerdə görmək mümkün deyil. Adıçəkilən diplomatın barəsində bu qədər məxfiliyin qorunması onun Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olmasına dair informasiyalarla əlaqələndirilir.

Xatırladaq ki, Azərbaycan XİN G.Zuyevin ermənipərəpst olmasını əsas gətirərək onun aqremanını qəbul etməyib. Siyasi ekspertlər isə Zuyevlə bağlı narazılığı onun kəşfiyyatçı olması ilə və Azərbaycana da bu məqsədlə göndərilməsi ilə izah edir.

Cebhe.info-nun apardığı araşdırma zamanı qalmaqallı səfirin keçmişi haqqında bir sıra açıqlanmayan məlunmatlar ortaya çıxıb. Məlum olub ki, Georgi Zuyev Kadrlar İdarəsində işləməzdən öncə, yəni 2005-ci ildə Rusiya Federasiyasının Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsindəkı (Liviyanın Qəddafi dönəmindəki adı- red.) səfirliyində müşavir vəzifəsində çalışıb. 2005-ci il yanvar ayının 5-də dərc olunmuş məlumatda G.Zuyevin RF-nın fövqəladə və səlahiyyətli səfiri Valerian Vladimiroviç Şuvayevin müşaviri vəzifəsində işlədiyi göstərilir. Georgi Zuyev həmin müddətdə səfirliyin xarici təşkilatlarla iş üzrə ikinci katibi vəzifəsini tutub.

Məlumatda səfirlyin yerləşdiyi ünvan və telefon nömrələri belə qeyd olunub: Tripoli şəhəıri, M.K.Atatürk küçəsi, 10.
Telefon: (8-10-218-21) 333-0545, 333-0546; Faks (8-10-18-21) 444-6673, 333-3831

E-mail: embrf@ rambler.ru


Müşfiq Abdulla
Tarix: 29-11-2017, 22:39
Xəbəri paylaş





Xəbər lenti