İqtidar Qərbi seçir: Əliyevin Şərq Tərəfdaşlığı sammitində mesajlarının gizlinləri

İqtidar Qərbi seçir: Əliyevin Şərq Tərəfdaşlığı sammitində mesajlarının gizlinləri Prezident İlham Əliyevin xarici siyasət strategiyası Azərbaycanı müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoruna çevirib

Palitika.Az-ın Siyasət Şöbəsinin verdiyi məlumata görə, müstəqil xarici siyasət suverenliyin təminatıdır.

Qlobal miqyasda geosiyasi mənzərənin sürətlə dəyişdiyi bir vaxtda bu məsələ daha da aktuallaşır.

Çünki hər bir müstəqil dövlətin həyata keçirdiyi özünəməxsus siyasətin əsas istiqamətini milli maraqlar təşkil edir.

Son illər Azərbaycanda həyata keçirilən uğurlu xarici siyasət sayəsində həm onun ətrafında əlverişli xarici mühit formalaşdırılıb.

Həm də milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilib.

Bütün bunlar Prezident İlham Əliyevin mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirməsi ilə səciyyələnir.

Əldə edilən nəticələr Azərbaycanın qarşısına növbəti yeni vəzifələr qoyur və ölkənin uzunmüddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır.

Noyabrın 24-də isə prezident İlham Əliyev Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinə qatıldı.

Budəfəki sammitdə Avropa İttifaqına üzv dövlətlər altı Şərq tərəfdaşı ölkəsinin dövlət və hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə ediblər.

Artıq Şərq Tərəfdaşlığına doğru nəticələrə yönəlmiş yanaşmanı dəstəkləmək üçün Avropa İttifaqı 2020-ci ilədək əldə olunacaq 20 əsas nəticəni müəyyənləşdirib.

Son illərdə beynəlxalq birlik tərəfindən ciddi təpkilər alan işğalçı Ermənistana Avropa İttifaqı da ağır zərbə vurdu. Sammitin Birgə Bəyannaməsində bu ölkənin işğalçı siyasəti qətiyyətlə pislənildi.

Qeyd edək ki, sammitdən bir neçə gün əvvəl Ermənistanın və Avropa Parlamentində antiazərbaycançı qüvvələrin dəstəyi ilə tövsiyə xarakterli sənəd qəbul olunmuşdu.

Ermənistan tərəfi gülünc formada ermənipərəst lobbi dairələrinin dəstəyi ilə ərsəyə gələn bu tövsiyə sənədini Ermənistan diplomatiyasının qələbəsi kimi təqdim edirdi.

Palitika.Az-ın Siyasət Şöbəsinin verdiyi məlumata görə, hər bir beynəlxalq təşkilat tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması faktının vurğulanması Prezident İlham Əliyevin diplomatik qələbəsidir.

Çünki dövlət başçısının rəhbərliyi altında aparılan uğurlu xarici siyasət dünya birliyinin, çox mötəbər beynəlxalq təşkilatların münaqişənin həll olunması ilə əlaqədar beynəlxalq hüquqa uyğun qərarın qəbul olunması istiqamətində fikrinin formalaşmasına ciddi şəkildə təsir göstərir.

Bütün bunlar isə cənab İlham Əliyevin xarici siyasət strategiyasının uğurlu davamının və müstəqil dövlətimizin dünya birliyindəki mövqelərinin getdikcə möhkəmləndiyinin bariz təcəssümüdür.

Azərbaycanın Avropa dəyərlərini paylaşan bir ölkə olduğunu deyən Prezident əminliklə vurğulayıb ki, qarşıdakı illərdə ölkəmizlə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək və tezliklə müstəqil Azərbaycanın qarşısında yeni imkanlar açacaq saziş imzalanacaq.

Qloballaşan dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan, mövqeyi nəzərə alınan müstəqil Azərbaycan region ölkələri, dünyanın aparıcı dövlətləri və üzvü olduğu beynəlxalq təşkilatlarla qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdirməklə yanaşı, xarici siyasətin yeni vektorlarına uyğun olaraq fəal diplomatiya nümayiş etdirir.

Prezident İlham Əliyev sammitdə Azərbaycanın enerji siyasəti, həmçinin təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq layihələr barədə də məlumat verdi. Qeyd etdi ki, genişmiqyaslı enerji layihəsi olan “Cənub qaz dəhlizi” uğurla inkişaf edir.

Dəyəri 40 milyard dollardan artıq olan bu layihə əlavə həcmdə təbii qaz hasil etməyə və bunu Azərbaycandan Avropa bazarlarına nəql etməyə imkan verəcək
Tarix: 30-11-2017, 08:12
Xəbəri paylaş





Xəbər lenti