Torpaqdan verilən pay

Torpaqdan verilən pay
Zəngəzurun Ermənistana verilməsindən 97 il ötür
1920-ci il dekabrın 1-də Azərbaycanda bolşevik hökumətinin — Müvəqqəti İnqilab Komitəsinin rəhbəri Nəriman Nərimanov Ermənistan kommunistlərinə məktub göndərərək Zəngəzurun Ermənistana verilməsinə razılığını bildirib.


Bundan iki gün öncə — noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulmuşdu və Azərbaycan bolşevikləri Zəngəzuru sovetlərin ümumi qələbəsi xatirinə ermənilərə verdilər. Bundan bir qədər öncə (10 avqust 1920) Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar qəbul etmiş, Zəngəzur və Qarabağ isə “mübahisəli ərazilər” elan olunmuşdu.

Beləcə, Azərbaycan torpaqlarını qoparmaq hesabına Ermənistan SSR (ərazisi 29 min kv km) yarandı.
(Sputnik. )

Tarix: 1-12-2017, 08:43
Xəbəri paylaş





Xəbər lenti