«Qurban bayramı» Rusiyanın yeni qanununun fəaliyyəti altına düşməyəcək

«Qurban bayramı» Rusiyanın yeni qanununun fəaliyyəti altına düşməyəcək «AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, müsəlmanların müqəddəs «Qurban bayramı» Rusiyada hazırlanan «Heyvanlara qarşı vəhşi münasibət» adlı yeni qanunun fəaliyyəti altına düşməyəcək.

Dövlət Duması qanunvericilik komitəsinin mətbuat xidmətinin rəhbəri Pavel Kraşennikovun «İnterfaks» agentliyinə verdiyi məlumata görə, bu istisna düzəliş formasında ikinci oxunuşda qanun layihəsinə əlavə olunacaq…

Bu xəbər, bir neçə gün əvvəl yerli KİV-in yaydığı başqa bir xəbəri yadıma saldı. Xəbərdə deyilirdi ki, Azərbaycan parlamentinin «aqrar deputat»ı hörmətli Eldar İbrahimov başçılıq etdiki komitədəki çıxışında «heyvanlar qarşı məhşi münasibət»dən söz açaraq, bunun qarşısının alınması üçün yeni qanunlar «icad etməyin vacibliyi»ni önə çəkib…

O zaman fikirləşdim ki, görəsən, hörmətli deputatı «haranın «tok»u vurub» ki, qəfildən onun qəlbində heyvanlara qarşı belə mərhəmət hissləri baş qaldırıb?

İndi anladım – kişini «tok» vurmayıb, sadəcə, «şimal küləyi qış yuxusundan» oyadıbmış…

İndi bir daha əmin oldum ki, bizim deputatlar yalnız ətalət üzrə ara-sıra, kinetik ola bilirlər, vəssalam!

Mirzə AĞ
Tarix: 3-12-2017, 08:14
Xəbəri paylaş





Xəbər lenti