Stanislav Tarasov
regnum.ru, 02.12.2017
Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Həvac Muhəmməd Asifin Вakıda görüşü keçirilib. Bu, belə formatda ilk görüşdür. Azərbaycan XİN başçısının sözlərinə görə, görüşdə “iqtisadi və ticari əlaqələrin inkişafı məsələləri, bölgədə sabitlik və təhlükəsizliyə təhdid törədən münaqişələr üzrə intensiv məsləhətləşmələr keçirilib”.Bundan başqa, terrorizmlə mübarizə məsələsinə toxunulub. Görüşün yekunu üzrə Bakı bəyannaməsi qəbul olunub. Bununla bağlı Azərbaycanda üçtərəfli Ankara-Bakı-İslamabad alyansı haqda yenidən danışmağa başlayıblar. “Yenidən” zərfini biz təsadüfən işlətmirik. Hələ 2004-cü ildə Azərbaycanda bir çox siyasətçilər Türkiyə və Pakistanla “Rusiya, Ermənistan və İranın artıq var olan hərbi birliyinə qarşı dura biləcək” hərbi alyans yaratmağı təklif ediblər. Bir qədər də dərinə diqqət yetirsək, onda…
Gənc türklərin iziylə Pakistan 1947-ci ilədək İngiltərənin müstəmləkəsi Hindistanın tərkibinə daxil idi. Bu müstəmləkədə iki yerə bölmək mümkün olan çoxsaylı xalqlar yaşayıb: ölkənin köklü sakinləri hindlər və Hindistanı XII-XIII yüzilliklərdə işğal etmiş farsların müsəlman törəmələri. Hindlər əsasən indiki Hindistan ərazisində, müsəlmanlar isə Pakistana keçən torpaqlarda cəmləşmişdilər. Pantürkçülük və panislamçılıq ideyalarıyla ruhlanan Osmanlı imperiyası 1908-cui ildə gənc türklərin inqilabından dərhal sonra bu bölgədə iştirakını əsasən Əfqanıstanda bəlirləmişdi. Rusiya imperiyası ərazisindəki “Gənc buxaralılar” və “Gənc xivəlilər”lə sıx təması olan “Gənc əfqanlar” meydana çıxmışdı. O zaman bölgədə ölkəninn şimalında türk etnoslarının – özbək, türkmən və türk mənşəli, bəzi azsaylı qızılbaş, əfşar, çar-aymakların içində türkçülük əhval-ruhiyyəsinin, pantürkçülük ideologiyasının çoxaldığı hiss olunurdu. Sultanı bütün möminlərin hökmdarı sayıldığı Osmanlı imperiyası I dünya savaşındakı məğlubiyyətdən sonra 1919-cu ildə yoxolma həddinə düşərkən Britaniya Hindistanı müsəlmanları vətəndaş itaətsizliyi kampaniyasına başlamışdılar. Əsgər və zabitlər sultanı müdafiə etmək üçün Əfqanıstan və İran ərazisindən Osmanlı imperiyasına keçməyə cəhd edirdilər. Türkiyədə bunu indiyədək unutmayıblar. Pakistan 1947-ci ildə müstəqillik əldə edib və onunla ilk diplomatik münasibətlər quranlardan biri Ankara olub. Ölkənin qurucusu Əli Cinna həmkarı Atatürkə açıqca məftun olmuşdu və dövləti onun prinsipləri əsasında qurmağa söz vermişdi.
Pakistan və Türkiyə o vaxtdan çiyin-çiyinədir və antisovet CENTO blokuna daxil olub, sonrakı qəliz, bəzən dramatik hadisələrdə bir-birini dəstəkləyiblər. Türkiyədə indiki hakim Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldikdən sonra onun lideri Rəcəb Tayib Ərdoğan hökumət başçısı və prezident dərəcəsində İslamabada səfər edib. Müəyyən dövrdə iqtisadi və geopolitik yüksəlişdə olan Ankara Pakistanda “yumşaq güc” üsullarından faydalanıb. Belə ki, Ankara-İslamabad alyansı tarixən sanki təbii görünür, amma güman etmirəm ki, Türkiyə indiki şəraitdə, hər şeydən əvvəl, geopolitik problemlərin həllində Pakistana effektli yardım göstərə bilər. Nə Pakistanla, nə də Türkiyə ilə ümumi sərhədləri olan Azərbaycana gəlincə (geopolitik mövzularda "harada aş, orada baş" olan Tarasovun Azərbaycanın Türkiyə ilə ümumi sərhədi olmadığı haqda bu əcaib qeydi, ən azı, təəccüb doğurur-tərc.), onun alyansa qatılması özünəməxsus səciyyə alır. Xatırladaq ki, Pakistan senatının vitse-prezidenti Mir Can Camali hələ 2012-ci ilin yazında Azərbaycana birgə hərbi blok yaratmağı təklif edib. Onun sözlərinə görə, nüvə silahına sahib İslamabadın Bakıyla ittifaqı “bütün müsəlman ölkələri alyansının nüvəsi olar”. Pakistan Ermənistanın müstəqilliyini tanımaqdan imtina edib və Qarabağa dair Azərbaycanın mövqeyini dəstəkləyib. Bakı öz növbəsində Kəşmirə aid Pakistanın Hindistanla dartışmasında İslamabadın tərəfini saxlayır.
Azərbaycanın oyunu Bakı yaranmış geopolitik durumdan özü üçün qazanc “qoparmağa” səy edir. Bir tərəfdən Rusiya Suriya istiqamətində Türkiyə və İranla alyansda durur. Digər yandan Pakistan və Hindistan Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü olub, amma Kəşmirə görə bu ölkələr arasında kəskin qarşılıqlı münasibət qalır. Üçüncü tərəfdən, Çinlə Pakistan arasında sıx birlik var. Bölgədə Azərbaycanın fəaliyyət yönünü hər bucağı kiminsə qoruduğu müxtəlif üçbucaqlar səviyyəsində bu alyanslar müəyyən edir. Azərbaycan XİN başçısı türkiyəli və pakistanlı həmkarlarıyla Bakı görüşündən sonra iqtisadi və ticarin əlaqələrin inkişafında gələcək əməkdaşlıq üçün “yol xəritəsi”nin meydana çıxdığını bildirib. Bu yaxınlarda istismara verilmiş Bakı-Tiflis-Qars dəmiryolu nəzərə alınaraq Pakistana Azərbaycan və Türkiyənin bu imkanlarından istifadə təklif olunub. Lakin logistika İranın bu layihəyə bağlanmasını təlqin edir və burada xeyli “əmmalar” ortalığa çıxır.
Bakı-Tiflis-Qars dəmiryolu Almaniyanın “Tagesspiegel” qəzeti bu günlərdə Bakı və Ankaranın öz geopolitik planlarını Çinin “Yeni İpək Yolu”yla ört-basdır etmək cəhdlərini incələyərək bildirib ki, bu, ABŞ-ın Yaxın Şərqdə antiiran yönlü siyasəti ucbatından görünən gələcəkdə mümkün deyil. Nəşr iddia edir ki, ABŞ və Türkiyənin qarşılıqlı münasibətlərindəki problemlərə baxmayaraq, Ankara “Vaşinqtonun təsir zonasından çıxmayacaq”, Bakı-Tiflis-Qars dəmiyolu isə “Rusiya və İrandan yan keçməklə ancaq Türkiyənin “yeni ipək yolu” layihəsi kimi qalacaq”.
Bunu “Qazaxıstan və Rusiya ərazisindən Qəırbi Avropa ilə dəmiryol əlaqəsi açmaqla gəlirin əməli maraqlarını rəhbər tutan” Çində artıq çoxdan anlayıblar. Hətta bunun Pekin üçün birbaşa türk amiliylə bağlı olan tarixi və geopolitik zəmini var. Pakistan XİN başçısı öz növbəsində Bakıda promlemi göstərib və Kəşmir, Şimali Kipr və Dağlıq Qarabağda durumun tənzimlənməsini bir sıraya qoyub. Xəritəyə baxılsa, Kəşmir və Şimali Kipr Ankara-Bakı-İslamabad üçbucağının cinah yönlərini əhatə edir. Belə ki, çox güman ki, alyans fasilə verəcək. Xarici işlər nazirlikləri başçılarının növbəti görüşünü 2018-ci ildə keçirmək nəzərdə tutulub və onun statusunun dövlət başçıları səviyyəsinədək yüksəltmək məsələsi müzakirə olunacaq. Amma bu vaxta doğru Yaxın Şərqdə və Cənubi Qafqazda nələrsə ciddi şəkildə dəyişiləcək.
Tərcümə Strateq.az-ındır.
Tarix: 3-12-2017, 14:15