"Qanunlar, məcəllələr insanların rifahına xidmət etməlidir, onların xəyal qırıqlığına uğramasına yox"

"Qanunlar, məcəllələr insanların rifahına xidmət etməlidir, onların xəyal qırıqlığına uğramasına yox"

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a maraqlı bir yazı göndərib. Müəllif iddia edir ki, rayonlarda partiya üzvləri və kiçik sahibkarlarla keçirdiyi görüşlərdən sonra ilk öncə ölkə prezidenti İlham Əliyevə müraciət etmək qərarına gəlib. Amma sonra fikrindən daşınıb və Vergilər Nazirliyinin rəhbərliyinə müraciət edərək tədbir görülməsi üçün hərəkətə keçilməsinin zəruriliyini çatdırmaq qərarına gəlib:

"Boynumuza alsaq da, almasaq da neft milyardlarından səmərəli istifadə edə bilmədik və nəticədə neft qiymətlərinin qəfil aşağı düşməsi təkcə iqtisadiyyatımızı deyil, sadə vətəndaşımızı da hazırlıqsız yaxaladı. Buna görə də son iki devalvasiyanın ardından çətin günlər yaşamaqdayıq və bir çox hallarda vəziyyətdən çıxmaq üçün hökumətin təşəbbüsləri bataqlıqda batan adamın çabalamasını xatırladır. Amma xoşbəxtlikdən bu ölkənin İlham Əliyev kimi ləyaqətli, peşəkar, millətsevər rəhbəri var və məhz onun son dövrlər ölkənin qeyri-neft sektorunun inkişafı üçün atdılğı addımlar, imzaladığı sərəncam və fərmanlar onu iddia etməyə əsas verir ki, Azərbaycan bu çətin sınaqdan da çıxmağı bacaracaq və “Strateji Yol Xəritəsi”ndə əks olunan bütün istiqamətlər üzrə iqtisadiyyatımızı yeni dövrün tələblərinə kökləyə biləcəyik. Amma təbii ki, hər şey dövlət başçısından asılı deyil və onun komandası, xüsusilə iqtisadi sferaya rəhbərlik edən qurumların rəhbərləri – maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, vergilər naziri Fazil Məmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı, eyni zamanda prezidentin iqtisadi və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirovdan birbaşa asılıdır. Yəni iqtisadiyyatımızda baş verən müsbət və mənfi tendensiyalar, inkişaf və ya tənəzzül dinamiskasının məsuliyyəti bu şəxslərin bacarıqlarından və ya bacarıqsızlıqlarından bilavsaitə asılıdır. Məhz onlar qarşıya qoyulan hədəflərə tez və daha az itkisiz çatmağın yollarını müəyyənləşdirməli, icrasına birbaşa nəzarət etməli, inkişafa mane olan məqamları dərhal qeydə alaraq onları aradan qaldırmağın yollarını göstərməlidirlər. Amma görünən odur ki, bu istiqamətdə çoxsaylı çatızmazlıqlar var və hökumətin iqtisadi bloku maneələri dəf etmək üçün sinxron, əlaqəli şəkildə işləmək əvəzinə, pərakəndə və sistemsiz təşəbbüslərlə vurnuxurlar. Bundansa həm iqtisadiyyatımız əziyyət çəkir, həm də yüz minlərlə irili-xırdalı sahibkarlar. Bu da öz növbəsində yüz minlərlə, milyonlarla soydaşımızın iş yerini itirməsinə, müflisləşməsinə, dövlətdən və dövlət başçısından incik düşməsinə gətirib çıxarır. Yəni əsas qınaq və inciklik hədəfi bu işləri yarıtmaz görən məmur kontingenti deyil, komandaya birbaşa rəhbərlik edən prezident İlham Əliyevin özü olur. Elə məni da narahat edən budur və qarşıdan taleyüklü prezident seçkilərinin gəldiyini nəzərə alaraq, insanlarımızın çoxsaylı giley-güzarını eşidərək qərara aldım ki, növbə ilə məmurlarımıza vəziyyətin ürəkaçan olmadığını çatdırım, yerlərdə irili-xırdalı iş adamlarının narazılıqlarını dilə gətirim, sonra deməsinlər ki, vaxtında bizi xəbərdar edən olmadı.
İlk öncə Vergilər Nazirliyi rəhbərliyinə müraciət edirəm. Çünki sahibkarların çoxsaylı şikayətləri məhz vergi sistemindəki uyğunsuzluqlarla bağlıdır. İş adamları gileylənir ki, vergilər sistemindəki ziq-zaqlar və vergi qanunverciliyinin tez-tez dəyişdirilməsi artıq onları əldən salıb və hər biri vaxtaşırı qarşılaşdıqları problemlər üzündən dönüb olublar vergi inspektoru. Yəni o qədər dolanbac yollarla vergi müfətttişləri onları bərkə-boşa salırlar ki, həqiqətin harada olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər. Vergi borclarının və rüsumların istənilməsində də əndazəni aşan tələbkarlıq sahibkarların əl-qolunu soyudur və onlar yeni iş yerləri açmaqdan, işlərini genişləndirməkdənsə pulu yastığın altına yığıb “suların durulıması”nı gözləməyə üstünlük verirlər, eyni zamanda da ondan narahatdırlar ki, deyəsən belə getsə heç bu sualar durulana oxşamır...

İş adamları açıqca gileylənirlər ki, işə başlayıb özlərini düzəltməmiş vergi müfəttişləri başlarının üstünü kəsirlər və vergi tələb edirlər. “Sanki taxıl zəmisindəki sünbüllər saralmamış, elə gömgöy zəmini biçib taxıl verməyimizi tələb edirlər. Onlara deyəndə ki, mən bu pulu hardan verim, imkan verin o dediyiniz pulu qaznaq ortaya çıxaraq, sonra gəlin tələb edin, amma vergi müfəttişləri “Nuh” deyir, “Peyğəmbər” demirlər ki, elə bu gün verməlisiniz, rəhbərliyin göstərişidir”.

Bundan əlavə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən pulların təyinat yerinə çatmamış (İqtisadiyyat nazirliyi barədə ayrıca qeydlərimi yazıb təqdim edəcəm) onların geri istənilməsi də bir bəladır. İş adamı deyir ki, yaxşı, turaq ki, mənə 20 yumurta vermisən, ondan cücə çıxmağını gözlə, sonra nəyisə tələb elə, axı sən elə ilk gündən falın davasını aparmaqla mənim bütün işləmək həvəsimi birdəfəlik dəfn edirsən. Bütün bunlar mənim düşüncəmə görə, vergi sisteminin qeyri-mükəmməliyinin nəticəsidir. Vaxtilə deputat Siyavuş Novruzov Milli Məclisdəki çıxışlarının birində haqlı olaraq deyirdi ki, biz İnzibati Xətalar Məcəlləsinə o qədəır dəyi.şiklik edirik ki, onu aşsüzənə döndərmişik. İndi eyni fikirləri vergilər Məcəlləsi haqqında da söyləmək olar və düşünürəm ki, Vergilər Məcəlləsi iqtisadiyyatın ana yasası hesab olunduğundan az qala Konstitusiya kimi mükəmməlliyini və toxunulmazlığını təımin etmıək lazımdır, nəinki onu tez-tez eksperiment alətinə çevirmək. Biz dünya təcrübəsinə müraciət edəndə də çox vaxt inkişaf etmiş Avropa ölkələrini nümunə götürürük. Düşünürəm ki, bu yanlış yanaşmadır. Biz ilk növbədə bizə iqtisadi baxımdan yaxın olan və 70 il sovetlər dönəmində birgə çalışdığımız ölkələrin iqtisadiyyatı ilə inteqrasiyaya üstünlük verməliyik, yalnız bundan sonra birinci mərhələni uğurla adladıqdan sonra oturuşmuş beynəlxalq tərcrübədəbn ikiəlli yapışmalıyıq. Bu baxımdan maraqlnadığım və təqdir etdiyim bir neçə beynəlxalq təcrübəni xatırlatmaqda fayda olduğu qənaətindəyəm.

Müasir dünya təcrübəsinə görə, vergi sistemi yalnız dövlət büdcəsinin təmin olunması vasitəsi olmayıb, həm də iqtisadiyyatın inkişafını, investisiya qoyuluşunu təmin edən mühüm tənzimləyici alətdir. Bu məqsədlə dünyanın bir sıra ölkələri tərəfindən vergi siyasətinə yenidən baxılır, müxtəlif vergi sistemi modelləri tərtib olunur.

Bu modəllərdən ən uğurlusu kimi Estoniya modelini qeyd etmək olar. Estoniya modelinin əsas mahiyyəti ondanibarətdir ki, əgər şəxs mənfəətini yenidən investisiya edirsə və ya dividentləri bölüşdürmürsə o mənfəət vergisindən azad edilir. Bu model Beynəlxalq Valyuta Fondu tərəfindən də dəstəklənmişdir. Nəticədə ölkə xarici investorlar üçün münbit vəziyyətə gətirilmişdir. Estoniyada 2000-ci ildə qəbul olunmuş bu vergi islahatı 15 il ərzində çox effektiv işləmiş və Estoniyanı sahibkarlıq fəaliyyəti üçün münbit məkana çevirmiş, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına böyük rol oynamışdır.

Eyni modeli Estoniyanın ardınca Latviya və Litva da qəbul etmişlər. Bu sistemə keçid Estoniyadakı investisiya qoyuluşunun 39%, Latviyada 48%, Litvada 31% artımına gətirib çıxarmışdır.

2016-cı ildə Gürcüstan da bu modeli qəbul edib və 2017-ci ildən tətbiqinə başlayıb. Belə ki, ilk 2 ildə mənfəət vergisindən büdcəyə yığımların azalacağı proqnozlaşdırılır. Gürcüstanda 2017-ci ildə təxminən 200 milyon ABŞ dolları həcmində, 2018-ci ildə bu məbləğin yarısı həcmində (100 milyon ABŞ dolları) büdcəyə ziyan proqnozlaşdırılır. Lakin üçüncü ildən bütün ziyanın konpensasiyası gözlənilir və nəticədə, sonrakı illər bu, büdcəyə daha çox gəlir gətirəcək. Hətta, qarşıdakı illərdə bu güzəştlər maliyyə sektoruna da tətbiq ediləcək.

Sözümün canı odur ki, biz bu gözəl ölkəmizi cənnətməkana çevirmək üçün hər cür imkana sahib olduğumuz halda bir çox məqamlarda şansları qaçırmışıq. Amma dünyanın sonu deyil. Xahişim və tələbim ondan ibarətdir ki, qardaşım İlham Əliyevin dediyi kimi məmurlar xalqın xidmətçisi olmalıdırlar və bu yoldakı bütün neqativləri prezident barmağını silkələyib xəbərdarlıq etmədən özləri aradan qaldırmağa çaılışmalıdırlar. Seçki ilində milləti, irili-xırdalı iş adamlarını dövlətdən, prezidentdən narazı salmağa heç kimin haqqı yoxdur. Qanunlar, məcəllələr insanların rifahına xidmət etməlidir, onların xəyal qırıqlığına uğramasına yox. Ümid edirəm ki, müraciətim ünvanına çatacaq və təxirəsalınmaz tədbirlər görülməsi istiqamətində addımlar atılacaq. Öncədən təşəkkür edirəm, Prezident İlham Əliyevin millətsevər siyasətinə töhfə verən hər bir məmura uğurlar arzulayıram!
Tarix: 4-12-2017, 21:58
Xəbəri paylaş





Xəbər lenti