“Azərbaycanın narahatlığı diplomatik kanallarla İranın diqqətinə çatdırılmalıdır”

“Azərbaycanın narahatlığı diplomatik kanallarla İranın diqqətinə çatdırılmalıdır”
Mirmahmud Mirəlioğlu: “Hər birimizin bu məsələyə təpkisi olmalıdır”


İranın “Şərq” qəzeti qondrma Dağlıq Qarabağ “Respublikası”nın “xarici işlər naziri” ilə müsahibə dərc edib. Məlum müsahibədə Qarabağın işğalına haqq qazandıran erməni “nazir” Azərbaycanın digər torpaqlarına qarşı da ərazi iddiası irəli sürüb.

İran mediasının məlum addımına etiraz əlaməti olaraq Azərbaycan tərəfi hansısa addım atmalıdırmı?


Moderator.az -a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu bunun zəruri olduğunu bildirib:

“Azərbaycanın narahatlığı diplomatik kanallarla İran tərəfinin diqqətinə çatdırılmalıdır. Bizim hər birimizin də bu məsələyə təpkisi olmalıdır. Iranın Ermənistanla Mehridə azad ticarət zonası yaratmaq planı var. Hansı ki, bu da hər bir azərbaycanlını narahat edən məsələlərdən biridir. Bütün bu məsələlərə mövqe bildirməliyik. Ilk dəfə deyil ki, İran hökuməti Azərbaycanın maraqlarına zidd addımlar atır. Iranda ermənilərə imtiyaz tanıyırlar, lakin çoxluq olan azərbaycanlılar öz haqqını ala bilmir.
Əgər bu gün İran mətbuatı Xankəndindən kimisə danışdırırsa, Azərbaycan əleyhinə hansısa ittihamları işıqlandırırsa, bu, müəyyən mətləblərdən xəbər verir. Azərbaycanın torpaqları işğal altında qalsa da, İran-Ermənistan yaxınlaşması davam edir. İranın bu siyasəti anti-dini, anti-türk siyasətidir və əsla Azərbaycanı qane edə bilməz”.

Seymur Əliyev
Tarix: 5-12-2017, 15:51
Xəbəri paylaş





Xəbər lenti