"SAAKAŞVİLİNİN ARXASINDA ABŞ VƏ QƏRB DAYANMIŞDI" - İNDİ TƏKLƏNİB?
"Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatu Mixail Saakaşvili ziddiyyətli, qeyri-adi siyasətçidir. O Ukraynada Pyotr Poraşenkonun hakimiyyətinə qarşı insanları qaldırmağa çalışır”.Bunu barədə "Sherg.az”a politoloq Fikrət Sadıqov deyib. O bildirib ki, Ukrayna hakimiyyəti hələlik dözümlülük nümayiş etdirir:
"Əgər bu vəziyyət davam edərsə, Saakaşvili qanuni hakimiyyətə qarşı müxtəlif mitinqlər, etirazlar hazırlasa müəyyən tədbirlər görüləcək. Onun evindən çıxarılması, maşına mindirilib aparılması ilk addımlardır. Görünür, başqa addımlar da atılacaq. Son hadisənin arxasında o mesajlar dayanır ki, hakimiyyətə qarşı çıxış etsən, insanları küçələrə çıxarsan, cinayət işi açmağa hazırıq”.
M.Saakaşvilinin arxasında hansı qüvvələrin dayanmasına gəlincə, politoloq xatırladıb ki, onun arxasında həm ABŞ, həm də Qərb ölkələri dayanmışdı:
"Əslində indi də onlar Saakaşvilini dəstəkləyir. Düzdür, birmənalı şəkildə ABŞ və ya digər Qərb ölkələrinin onu Poroşenkoya qarşı sürüklədiyini demək olmaz. Amma görünür, bir sıra Amerika dairələri hesab edir ki, Saakaşvilidən hakimiyyətə təzyiq vasitəsi kimi istifadə etmək olar. Bunun məqsədi odur ki, Ukrayna Rusiyaya qarşı təzyiqi və qətiyyətli addımları daha da gücləndirsin. Amma düşünmürəm ki, bu, reallaşsın. Lakin Saakaşvilinin addımlarından ancaq belə məqsədlər üçün istifadə edə bilərlər”.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti ilə Baş Prokurorluğun yaydığı birgə məlumata görə, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Cinayət Məcəlləsinin 256-cı maddəsi ilə - cinayətkar təşkilatlarla əməkdaşlıqda və cinayət tərkibli əməllərdə ittiham olunur. Məlumatda, həmçinin Saakaşvilinin yaxın vaxtlarda dindiriləcəyi bildirilir.
Aysel Aslan
Tarix: 5-12-2017, 23:21