AB-dən də Qüds açıqlaması gəldi - Tramp təkləndi

AB-dən də Qüds açıqlaması gəldi - Tramp təkləndi Avropa Birliyi ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı qərarından dolayı çox ciddi narahatdır.

Siam.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Avropa Birliyinin baş diplomatı Federiko Moqerini deyib.

“Trampın ABŞ səfirliyini Qüdsə köçürməklə bağlı tapşırığı və bu şəhəri İsrailin paytaxtı elan etməsi qərarından və bunun sülh danışıqlarına mənfi təsirindən dolayı ciddi narahatlıq keçiririk. AB-nin mövqeyi dəyişməzdir. Hər iki tərəfin istəyi reallaşdırılmalıdır. İrəliləyiş əldə etmənin yolu hər iki ölkənin gələcək paytaxtı kimi Qüdsün statusunun danışıqlar yolu ilə razılaşdırılmasından keçir”, - baş diplomat bildirib.

Onun sözlərinə görə, AB Qüdsdə BMT TŞ-nin 478 saylı qətnaməsinə əsasən beynəlxalq konsensusu qorumağa davam edəcək.

Qeyd edək ki, az öncə Tramp ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı Dövlət Departamentinə təlimat verib.
Siam.az
Tarix: 7-12-2017, 08:01
Xəbəri paylaş





Xəbər lenti