Prezident Rusiyanı “qəliz qonşu” adlandırdı:"Bir neçə onilliklərdə bizi məyus etsə də, qonşu qonşudur"

Prezident Rusiyanı “qəliz qonşu” adlandırdı:"Bir neçə onilliklərdə bizi məyus etsə də, qonşu qonşudur"
Estoniya prezidenti Kersti Kalyulayd ölkənin Müstəqillik günü münasibəti ilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı Rusiyanı "qəliz qonşu" adlandırıb.

Prezident Rusiyanın onilliklər ərzində onları məyus etməsinə baxmayaraq, ona olan diqqətlərini əsirgəmədiklərini bildirib.

"Müxtəlif qonşularımız var. Demokratik və o qədər də demokratik olmayan. Taleyin bizə ötən əsrdən bəxş etdiyi silahdaşlar və birgə addımladıqlarımız. Bizim bir mürəkkəb qonşumuz da var. Lakin qonşu qonşudur. O bizi bir neçə onilliklər ərzində məyus etsə belə, tərəfimizdən diqqətsiz qalmır", – deyə Kersti Kalyulayd əlavə edib/Report.
Tarix: 25-02-2018, 11:06
Xəbəri paylaş





Xəbər lenti