“Hazırda Afindəki vəziyyətlə bağlı Türkiyə ilə müzakirələr aparılır” –Pentaqondan açıqlama
Rəsmi Vaşinqton və Ankara ABŞ və Türkiyə Suriyanın Afrin bölgəsində gərginliyin azaldılmasını müzakirə edirlər.
Bu barədə Pentaqonun rəsmi nümayəndəsi Edrien Renkin-Qellovey bildirib.
“Hazırda Afindəki vəziyyətlə bağlı diplomatik müzakirələr aparılır”, deyə Pentaqon rəsmisi qeyd edib.
Qeyd edək ki, yanvarın 21-dən Türkiyə ordusu Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb/APA.
Tarix: 26-02-2018, 23:48